banner
banner

Dünya

Britaniya məhkəməsi Assancın ABŞ-a ekstradisiyasına icazə verdi

İngiltərə və Uelsin Apellyasiya Məhkəməsi “WikiLeaks”in təsisçisi Culian Assancın ABŞ-a ekstradisiyasına icazə verib. Cia.az “TASS”a istinadən xəbər verir ki, indi iş birinci instansiya məhkəməsinə - Vestminster Magistrat Məhkəməsinə qaytarılacaq. Sözügedən məhkəmə isə əvvəllər 50 yaşlı avstraliyalının intihar riski səbəbindən ABŞ-a ekstradisiya oluna bilməyəcəyinə dair qərar vermişdi.

Rusiyada helikopter qəzaya uğrayıb, pilot ölüb

Rusiyada helikopter qəzaya uğrayıb. Cia.az “TASS” agentliyinə istinadən xəbər verir ki, şəxsi helikopter Rusiyanın Altay Respublikasındakı Karakul gölü yaxınlığında qəzaya uğrayıb. Helikopterin göyərtəsində olan pilotun öldüyü bildirilib.

Tramp Netanyahunu təhqir etdi - “Rədd olsun!”

ABŞ-ın sabiq Prezidenti Donald Tramp İsrailin keçmiş Baş naziri Binyamin Netanyahunun ünvanına təhqirlər səsləndirib. Cia.az xəbər verir ki, Tramp “Axios” nəşrinə müsahibəsində bu barədə danışıb.

İranda 78 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 3 228 nəfər koronavirusa (COVID-19) yoluxub, 78 nəfər ölüb. Cia.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Erməni deputat Nikol Paşinyana arxa çevirdi - FOTO

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin parlamentində çıxışı zamanı müxalifət partiyasının üzvü tərəfindən aşağılanıb. Belə ki, “Ermənistan” fraksiyasından olan deputat Aspram Krpeyan nümayişkaranə şəkildə Nikol Paşinyana arxa çevirib.