banner
banner

Cəmİyyət

"Ağladıqca kişi qeyrətsiz olur" - Aqil Abbasdan İranın hədəsinə REAKSİYA

"Ağladıqca kişi qeyrətsiz olur" -
Yazar: Aqil Abbas

Xəbər verdiyimiz kimi, İranın dini lideri Seyid Əli Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amili öz cümə xütbəsində Azərbaycanı hədələyib.

Belə ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycana “şirin quyruğu ilə oynamamağı” məsləhət görüb. Şir deyəndə ayətullah Amili İranı nəzərdə tutub.

Onun bu fikirləri Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, Seyid Həsən Amilinin fikirlərinə sosial mediada ciddi etirazlar edilib.

Cia.az xəbər verir ki, Milli Məclisin deputatı Aqil Abbasdan açıqlama alıb. Deputat öz fikirlərini, Mirzə Ələkbər Sabirin “Ağladıqca kişi qeyrətsiz olur” satirik şeiri ilə ifadə edib:

"Ağladıqca kişi qeyrətsiz olur,

Necə ki, ağladı İran oldu...".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakı sakinlərinin DİQQƏTİNƏ! 19 oktyabrdan etibarən...

Bakıda sərnişin axınının səmərəli idarə olunması, xətlərdə intervalın tənzimlənməsi istiqamətində tədbirlər çərçivəsində metronun “20 Yanvar” stansiyasının ətrafında və “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkət optimallaşdırılacaq, sərnişinlərin avtobuslara rahat və maneəsiz minib-düşməsi təmin ediləcək.

"Ay qızım, kömək elə…” – Bakıda eskalator zülmü - Reportaj/Foto

"Ay qızım, kömək elə bu pilləkənləri çıxım..." Bu sözlərlə "Yeni Klinika"nın qarşısındakı yeraltı piyada keçidində rastlaşdığımız yaşlı qadın bizə səslənir. Əlində tibbi sənədlər, ayaqlarında isə hər addımda hiss olunan ağrı... O, klinikaya getmək üçün pillələri qalxmağa çalışır, lakin gücü çatmır. Əməkdaşımız qadına kömək etdikdən sonra o, illərdir həllini tapmayan problemə etirazını gizlədə bilmir.

Uşaq bağçasındakı ərzaqları oğurlayırlar?

Sosial şəbəkələrdə 198 nömrəli körpələr evi-uşaq bağçasında uşaqların qidalanması üçün ayrılmış ərzaq məhsullarının müəssisədən çıxarılaraq mənimsənilməsi ilə bağlı iddialar yayılıb.

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.