Azərbaycan hökumətinin ortamüddətli perspektivdə daha çox çevikliyə icazə vermək məqsədini bəyan etməsinə baxmayaraq, ABŞ dolları/manat məzənnəsinin sabit saxlanması üçün hələ də güclü siyasi prioritet var.
Bu barədə beynəlxalq kredit reytinq agentliyi olan "Fitch Ratings"dən bildirilib.
"Fitch" həmçinin, zəif siyasət çərçivəsi olaraq qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta məzənnəsindən aralıq əməliyyat hədəfi kimi istifadə edir, valyuta bazarını və bank faizlərini yaxşılaşdırmaq üçün alətlər tətbiq edir.
"Pul siyasəti - inkişaf etməmiş kapital bazarları, həddindən artıq likvidlik, aşağı maliyyə vasitəçiliyi və hələ də nisbətən yüksək maliyyə dollarlaşması ilə məhdudlaşır"- agentliyin açıqlamasında əlavə edilib. (APA)
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.