Mərkəzi Bankın iki əməkdaşı saxlanıldı: MİLYONLAR OĞURLANIB
Rusiya Mərkəzi Bankının iki əməkdaşı köhnə əskinaslarla dələduzluq etdikləri üçün saxlanılıb.
Bu barədə “Baza” məlumat yayıb.
Qeyd olunur ki, onlar məhv ediləcək köhnə pulları oğurlamaqda şübhəli bilinirlər. Onlar Mərkəzi Bankının Cənub Baş İdarəsi şöbələrinin mühəndisləridir.
İstintaqın məlumatına görə, 36 yaşlı Andrey Tişenski və 49 yaşlı Sergey Protsko digər şəxslərlə əlbir olaraq Mərkəzi Bankın binasında olarkən təxminən 9,77 milyon rubl oğurlayıblar.
Ola bilsin ki, bankirlərin oğurladığı məbləğ daha çox olsun. Axtarış zamanı şübhəlilərdən birinin üzərindən 100 milyon rubldan artıq köhnə pul tapılıb.
Hadisə əsasında müstəntiqlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü hissəsi (“Bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda oğurluq”) ilə iş açıb. (Publika.az)
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.