banner
banner

Cəmİyyət

Cəlilabad sakini ona “Müharibə veteranı” statusunun verilməməsinə ETİRAZ EDİR - Müraciət

Cəlilabad sakini ona “Müharibə veteranı” statusunun verilməməsinə ETİRAZ EDİR -

Cəlilabad şəhəri, Təbriz küçəsi, ev 45-də yaşayan İsmayılov Qamət Əcəbəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:

“Cənab Prezident!

Hörmətli Vilayət Eyvazov!

Bildirmək istəyirəm ki, mən 19.11.1981-ci il tarixində Cəlilabad şəhərində anadan olmuşam. Orta təhsilliyəm, ailəliyəm.

2000-2001-ci ildə həqiqi hərbi xidmətdə olmuşam. Mənə məxsus olan AO 0237322 saylı hərbi biletdə yazılmışdır ki, xidmət müddətində Bakı şəhəri, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında 2000-2001-ci illərdə daxili müharibələrdə iştirak etmişəm. Mərhum dövlət başçısı Heydər Əliyevin ad günü münasibəti ilə T.Bəhramov adına stadionda hərbi “pakaznoy”da nümunəvi iştirak etmişəm. Bakıda baş vermiş güclü zəlzələ zamanı əhaliyə əsgər kimi kömək etmişəm. Hacıqabul rayonunda hərbi təlim keçmişəm. Gürcüstan, Dağıstan, Azərbaycan sərhədlərində cinayətkarlığa qarşı iştirak etmişəm. Mənə fəxri fərman və döş nişanı verilmişdir.

Mərhum eks-prezident Əbülfəz Elçibəyin cənazəsi Türkiyədən Azərbaycana gətirilərkən, həmçinin dəfn mərasimində müxtəlif insanlar ictimai asayişi pozmaq istəyərkən, cəsur əsgər kimi sabitliyin bərpasında iştirak etmişəm, travma alaraq “Primorski” hospitalında yatmışam. Bakı şəhəri, Yasamal rayonu, “Qələbə” kinoteatrının ətrafında gedən mitinqlərdə dövlətin təhlükəsizliyini mühafizə etmişəm. Hərbi xidmətdə olarkən mənə xidməti xasiyyətnamə verilmişdir.

3 dəfə BTV dərmanı ilə kompleks peyvənd edilmişəm. II qrup təqaüdçüyəm.

Yuxarıda qeyd etdiklərim mənə məxsus olan hərbi biletdə qeyd edilmişdir. Bundan başqa, digər hərbi əməliyyatlarda da iştirak etmişəm. Həmin müddətlərdə travmalar almışam. Kəllə-beyin travması və bədənin müxtəlif yerlərindən xəsarətlər almışam.Mənə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün cavabdeh təşkilatlara müraciət etdim. Lakin aidiyyəti qurum bundan imtina etmişdir.

Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 74-cü maddəsinin I bəndinə əsasən vətənə sədaqət müqəddəsdir.

Azərbaycan Respublikasının Konstitusiyasının 76-cı maddəsinin I bəndinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər.

Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin II bəndinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.

 

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

Cənab Prezident!

Hörmətli Vilayət Eyvazov!

Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının İPM-nin 35, 45-46-cı maddələrini rəhbər tutaraq Sizdən xahiş edirəm ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə mənə - İsmayılov Qamət Əcəbəli oğluna “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edəsiniz”.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.

Bakıda piyada səkilərinin qanunsuz zəbtinin qarşısı alındı - Fotolar

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakıda piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.