Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Konfrans Liqasının pley-off oyununu idarə edəcək.
38 yaşlı hakim Finlandiyada yerli "KuPS" və Polşanın "Lex" komandaları arasında keçiriləcək matça təyinat alıb.
Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək göstərəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. VAR-da ingiltərəli Stuart Attvell, AVAR-da Nicat İsmayıllı əyləşəcək.
Qeyd edək ki, qarşılaşma fevralın 19-u Bakı vaxtı ilə saat 21:45-də start götürəcək./Milli.az/
UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Nyukasl” və “Qarabağ” komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.
ABŞ səfirliyi azərbaycanlı futbolçu Nəriman Axundzadəni ABŞ-ın Ohayo ştatını təmsil edən “Columbus Crew” klubu ilə müqavilə imzalaması münasibətilə təbrik edib.
Zaqatala rayonunun Aşağı Tala kəndində intihar hadisəsi baş verib.
Musavat.com xəbər verir ki, 1992-ci il təvəllüdlü Sabit adlı kənd sakini dünən axşam saatlarında özünü asaraq həyatına son qoyub.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Kənd sakinlərinin sözlərinə görə, Sabit Ağayev futbolla məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.
Şahanə Rəhimli
Musavat.com