banner
banner

Mədənİyyət

"Televiziya kazino deyil"- Nailə də qalmaqala qoşuldu

"Televiziya kazino deyil"-

"Bir neçə televiziya kanalının verilişləri, mütəmadi olaraq, istedadı, səsi olmayan müğənniləri dəvət edirlər. Veriliş boyu özləri səviyyədə başqa müğənnilərin qeybətini edirlər, o verilişlərin aparıcıları da onları qızışdırır, ki, daha çox qalmaqal yaransın".

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Nailə İslamzadə feysbuk hesabında yazıb. Aparıcı son günlər bir çox  incəsənət nümayəndələrinin bəzi verilişlərə olan iradlarına qoşulub:

"43 ildir televiziyada çalışmışam, indiki durum heç vaxt olmayıb. Televiziya sadəcə ekran deyil, kollektiv şüurun laboratoriyasıdır. Orada nəyi göstərirsənsə, sabah cəmiyyət onu təkrar edir. Qalmaqal reytinq gətirə bilər, amma reytinq mədəniyyət deyil. Qeybət emosiyanı qızışdırır, amma zövqü tərbiyə etmir. Əgər efir meydanı səsi, sənəti, zəhməti olmayanların bir-birini aşağıladığı platformaya çevrilirsə, bu artıq əyləncə yox, estetik deqradasiyadır.

Həmişə demişəm, indi də deyirəm, televiziya kazino deyil. Dəyər itirərək qazanılan pul, əslində itkidir. Ölkədə maariflənməyə məsul olan hər kəs, xüsusən media rəhbərləri, bunun məsuliyyətini ciddi düşünməlidir.

Bəzən, tamaşaçılar, 30-40 il əvvəl çəkilmiş verilişlərin videosunu heyranlıqla izləyirlər. Bəs indi bəzi kanallar 30-40 il sonra nə yaratmışdıq, nə ilə yadda qaldıq-deyəcəklər? Cəmiyyətin zövqü təsadüfi formalaşmır; onu ya yüksəldirlər, ya da ucuzlaşdırırlar. Ekran gələcəyin güzgüsüdür, orada nə göstəririksə, sabah onu yaşayacağıq".

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Verilişi Zaur yox, xanəndə aparacaq

Xəbər verdiyimiz kimi, aparıcı Zaur Kamalın bir neçə gün əvvəl efirə qayıdacağı barədə məlumat yayılmış, daha sonra isə bunun yanlış olduğu açıqlanmışdı.

Türkiyəyə aparılan Rasim Balayevdən XƏBƏR VAR

Bir neçə gün öncə “Referans Medical Group”un hava ambulansı ilə Türkiyəyə aparılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin müalicəsi İstanbul Memorial Xəstəxanasında davam etdirilir.