banner
banner

İqtİsadİyyat

Neft bazarında qiymətlər əl yandırır: 2022-ci ilin iyunundan sonra ilk dəfə...

Neft bazarında qiymətlər əl yandırır:
İranda davam edən münaqişənin enerji obyektlərinə zərbələrə keçməsi dünya neft qiymətlərində növbəti kəskin sıçrayışa səbəb olub.

Cia.az birja məlumatlarına istinadən xəbər verir ki, Londonun ICE birjasında hərraclar açılan kimi Brent neftinin qiyməti 2022-ci ilin iyunundan sonra ilk dəfə 119 dolları keçib. Daha sonra qiymətlər 114 dollara qədər azalıb, hazırda bu diapazonda ticarət davam edir.

ABŞ-ın WTI  nefti isə gözlənilmədən 113 dolları keçib.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.