banner
banner

Sosİal

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ

Qeyri-sabit hava BU TARİXƏDƏK davam edəcək - XƏBƏRDARLIQ

Qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 25-i axşamadək davam edəcəyi gözlənilir.

Bu barədə Cia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

90% sürücü bu düyməni düzgün istifadə edə bilmir

Avtomobil istehsalçılarının panelə yerləşdirdiyi, lakin əksər sürücülərin funksiyasını dəqiq bilmədiyi düymə əslində idarəetmədə mühüm rol oynayır. Üzərində "salonda dönən ox" işarəsi olan daxili hava sirkulyasiyası düyməsinin düzgün istifadə edilməməsi həm avtomobilin texniki göstəricilərinə, həm də sürücünün sağlamlığına təsir göstərir.

Əlillik bu hallarda müddətsiz təyin edilir

Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq bir sıra hallarda əlillik müddətsiz təyin edilir. Musavat.com xəbər verir ki, bu barədə DOST TV-nin efirində yayımlanan “Sosial saat” verilişində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdirinin müavini İlkin Yusifov məlumat verib.

Nazirlik məlumat yaydı - PENSİYALAR ARTIB

Bu ilin yanvar-aprel aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (248 mln. manat) çox olmaqla 2 mlrd. 608 mln. manat vəsait yönəldilib.