Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyə çalışır.
Bunu Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında söyləyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu gün təbii qazın təchizat coğrafiyası baxımından birinci yerdədir:
“Azərbaycan bu gün 16 ölkəyə təbii qaz ixrac edir. Bu say ilbəil artır və artmaqda davam edəcək. Eyni zamanda neft təchizatı daha çox ölkələri əhatə edir. Bütün bunlar hasilatçılar, tranzit ölkələrin maraqlarına xidmət edir”.
Prezident bildirib ki, Azərbaycan infrastruktura çox böyük sərmayə yatırır.
“Nəinki ölkə daxilində, eyni zamanda ölkənin hüdudlarından kənarda da beynəlxalq ölçülü infrastruktur layihələrlə məşğuluq. Biz çalışırıq ki, Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirək”.
“Biz xarici borcumuzu azaltmağa nail olduq. Bu, mənim tərəfimdən bir neçə il bundan əvvəl qarşıya qoyulmuş bir hədəf idi və biz buna nail olduq və hətta planlaşdırdığımızdan artığına nail olduq”.
Azərbaycan Prezidenti İlham Əliyev "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət ünvanlayıb.
Prezident İham Əliyev Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
İyunun 5-də Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır. Üç gün davam edəcək tədbirlər çərçivəsində ölkənin Arkadağ və Aşqabad şəhərlərinin sakinləri Azərbaycanın zəngin mədəni irsi, musiqi sənəti və yaradıcı ənənələri ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
Ermənistan parlamentinin spikeri və "Mülki Müqavilə" Partiyasından deputatlığa namizəd Alen Simonyan iyunun 1-də Ermənistan İctimai Televiziyasında keçirilən seçkiqabağı debat zamanı diqqətçəkən bəyanatla çıxış edib.