banner
banner

Maraqlı

Azərbaycanın ilk masonu kim olub? – Tarixin gizli səhifəsi açıldı

Azərbaycanın ilk masonu kim olub? – Tarixin gizli səhifəsi açıldı

İki əsrdən çox əvvəl azərbaycanlı diplomat Avropanın ən nüfuzlu gizli təşkilatlarından birinə qəbul edilib. Musavat.com xəbər verir ki, bu barədə "Milli Kimlik" tarixi mənbələrə istinadla məlumat yayıb.

1807-ci ildə Finkenşteyn müqaviləsinin imzalanmasından sonra Qacar dövlətinin Fransa sarayına səfir göndərdiyi azərbaycanlı diplomat Əsgər xan Əfşar Parisdə dörd ay qalıb. Həmin müddətdə o, Avropanın ən nüfuzlu gizli təşkilatlarından biri hesab edilən mason lojasına qəbul olunub.

Tarixi mənbələrə görə, qəbul mərasimində Əsgər xan Dəməşq poladından hazırlanmış qılıncını çıxarıb loja ustasının masasına qoyaraq belə deyib:

"Bu qılınc 27 il vətənimə xidmət edib. Onu dostluğun, əxlaqın və sədaqətin rəmzi kimi sizə əmanət edirəm. Amma bir gün vətənim və şahım məni çağırsa, onu yenidən əlimə alacaq və döyüş meydanına qayıdacağam."

Tədqiqatçıların fikrincə, Əsgər xan yalnız masonluğa qoşulmaqla kifayətlənməyib. Onun İsfahanda da mason lojası yaratmaq niyyətində olduğu bildirilir.

Beləliklə, Əsgər xan Əfşar tarixə mason lojasına qəbul edilən ilk azərbaycanlı diplomat kimi düşüb. Bu hadisə Qacar dövlətinin elitasının XIX əsrin əvvəllərində Avropa ideyaları ilə ilk təmaslarının ən diqqətçəkən səhifələrindən biri hesab olunur.

Musavat.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Turistlərin tapması üçün bu ərazidə 40 min manatlıq qızıl gizlətdilər

Finlandiyada turistləri bölgəyə cəlb etmək üçün qeyri-adi layihəyə start verilib. Ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Levi kurortunun ərazisində dəyəri təxminən 23 min dollar (təxminən 1 milyon 57 min manat) olan qızıl külçə gizlədilib. Onu tapan şəxs qızılın sahibi olacaq.

Pendir əhvalı yaxşılaşdırır

Pendir təkcə qida dəyərinə görə deyil, əhvala müsbət təsiri ilə də faydalı məhsul hesab olunur. Cia.az xəbər verir ki, dietoloqlar pendirin tərkibindəki zülalın orqanizm tərəfindən yaxşı mənimsənildiyini bildiriblər