Mənzurə Musayevanın vəziyyəti pisləşdi: Sirkə içib
Mənzurə Musayeva arıqlamaq üçün kivi sirkəsi içdikdən sonra vəziyyəti pisləşib.
Cia.az xəbər verir ki, müğənni bu barədə “Rəngarəng” verilişində danışıb:
“Bir gün gördüm ki, başım fırlanır, bədənimdə gizilti var.
Həkimlər yığıldılar. Başımı MRT-yə salmışam, bütün analizlərdən keçmişəm ki, birdən nəsə problem olar. Qanın ümumi analizini verəndən sonra məlum oldu ki, 5 vitaminin hamısı yuyulub gedib. Demə, yemək yeməmişəm, sadəcə, kivi sirkəsini bir litr suya töküb içirmişəm, ona görədir... Kivi sirkəsi adamı çox arıqladır”.
Azərbaycanın sənət aləmi illərdir həm parlaq istedadlarla, həm də faciəvi həyat hekayətləri ilə gündəmə gəlir. Səhnədə milyonların sevimlisinə çevrilən bəzi sənətçilər şəxsi həyatlarında ciddi sarsıntılar yaşayıb. Onların bəziləri bu sarsıntıların mərkəzində narkotik vasitələrə qurşanmaq kimi təhlükəli bir yola düşüb.
Şou-biznes dünyasında gözəllik çox vaxt uğurun əsas şərtlərindən biri hesab olunur. Səhnəyə çıxan ifaçıların həm səsi, həm də xarici görünüşü daim diqqət mərkəzindədir.