Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə hazırlaşanlara xəbərdarlıq edib.
Bu barədə Cia.az-a idarədən məlumat verilib.
Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur. Gecə və səhər saatlarında havanın yağmurlu olması, bəzi dağlıq ərazilərdə yolların buz bağlaması isə yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu xüsusilə, respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücülərə əlverişsiz hava şəraitində daha diqqətli olmağı, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağı, sürət həddini nəzarətdə saxlamağı, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi tövsiyə edir:
"Hər bir yol hərəkəti iştirakçısını onların mənzil başına təhlükəsiz çatması üçün DYP tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlərə dəstək olmağa, səfərlərimizin xoş təəssüratlarla yadda qalması üçün qaydalara qeyd-şərtsiz əməl etməyə çağırırıq!"
Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 25-i saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Hazırda sahibkarlar kommersiya məqsədilə biznes krediti götürdükdə sığortalanır və banklar müvafiq sığorta xidmətlərini təklif edirlər. Lakin istehlak kreditləri üzrə hazırda sığorta tətbiq edilmir.
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.
Sosial şəbəkələrdə və bəzi saytlarda Yeni il münasibəti ilə 1 həftə istirahət verilməsi ilə bağlı məlumatlar yayılır. Cia.Az xəbər verir ki, məlumatlarda qeyd olunur ki, guya 27, 28 dekabr istirahət günləri ilə, 3,4 yanvarın yeri dəyişdirilir.