banner
banner

Sağlamlıq

Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin - Xəbərdarlıq

Bu vitaminləri ehtiyacınız olmadan qəbul etməyin - Xəbərdarlıq

Son illərdə vitamin və mineral əlavələrinin nəzarətsiz istifadəsi sürətlə artıb.

Cia.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan tövsiyələr, tanış məsləhətləri və “tez effekt” vədləri səbəbindən bir çox insan bu preparatları həkimə müraciət etmədən qəbul edir.

Mütəxəssislər isə xəbərdarlıq edir ki, əlavələr zərərsiz deyil və yanlış istifadə ciddi sağlamlıq problemləri yarada bilər.

Belə ki, immuniteti gücləndirmək, yorğunluğu azaltmaq və beyni dəstəkləmək məqsədilə qəbul edilən əlavələr belə, nəzarətsiz istifadə olunduqda orqanlara zərər verə bilər. Vitamin və minerallar “populyar olduğu üçün” deyil, yalnız laborator analizlə sübut olunmuş çatışmazlıq olduqda qəbul edilməlidir.

Hazırda ən çox istifadə edilən əlavələr arasında D vitamini, B12 vitamini, dəmir, maqnezium və kalsium yer alır. Bu əlavələr, adətən, yorğunluq, zəiflik, diqqət azalması, immun sisteminin gücləndirilməsi və ümumi sağlamlığın qorunması məqsədilə istifadə olunur.

D vitamini

D vitamini orqanizmdə kalsium-fosfor balansını tənzimləyir və sümük sağlamlığında mühüm rol oynayır. Əsas mənbə günəş işığıdır. Qida olaraq yağlı balıqlar, yumurta sarısı və süd məhsullarında da mövcuddur.

Çatışmazlıq hallarında yorğunluq, əzələ ağrıları, sümük zəifliyi və tez-tez infeksiyalar müşahidə edilə bilər. Lakin həddindən artıq qəbul qanda kalsiumun yüksəlməsinə səbəb olur. Bu isə ürəkbulanma, qusma, böyrək daşları və hətta orqan zədələnməsi ilə nəticələnə bilər.

Dəmir

Dəmir qanın tərkibində oksigen daşınmasında əsas rol oynayır. Xüsusilə qadınlar, hamilələr və uşaqlar üçün vacib mineraldır. Çatışmazlığı anemiya ilə nəticələnir və bu zaman zəiflik, solğunluq, nəfəs darlığı, başgicəllənmə və ürək döyüntüsü artır.

Lakin dəmirin nəzarətsiz qəbulu mədə-bağırsaq pozğunluqları, qarın ağrısı və qəbizlik yarada bilər. Uzunmüddətli yüksək doza qaraciyər, ürək və mədəaltı vəzidə ciddi zədələnmələrə səbəb ola bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Həkimdən gecələr telefona baxanlara XƏBƏRDARLIQ

Əgər siz gecənin bir yarısı oyanırsınızsa, saata baxmaq və ya mesajları yoxlamaq, sosial şəbəkələrə nəzər yetirmək üçün telefonunuza əl atmayın. Demək olar ki, hamı bu cür "mini sörfinq"in nəticələrinə əhəmiyyət vermir...

Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir

Artıq çəki problemi ilə mübarizə aparanların sayı hər keçən gün artır. Mütəxəssislər isə bildirir ki, düzgün seçilən qidalar həm toxluq hissini artırır, həm də sağlam şəkildə arıqlama prosesini sürətləndirə bilər.

Təzyiqi anında salan tərəvəz açıqlandı

Yüksək qan təzyiqi ilə mübarizədə qidalanma vərdişləri həlledici rol oynayır. Həkimlərin fikrincə, bəzi tərəvəzlər tərkibindəki təbii komponentlər sayəsində qan təzyiqini sürətlə normaya salmaq gücünə malikdir. Son araşdırmalar isə xüsusilə tərəvəzlərdən birinin bu sahədə möcüzələr yaratdığını üzə çıxarıb.