Dünya
Avropa Konfrans Liqası BOS-un yerini soruşur - FOTO
Avropa Konfrans Liqasının rəsmi “Instagram” səhifəsi Bakı Olimpiya Stadionu (BOS) ilə bağlı paylaşım edib. Cia.az-ın xəbərinə görə, turnirin rəsmi səhifəsi arenanın şəklini paylaşıb.
Onlarla Gürcüstan vətəndaşı Almaniya və İsveçdən deportasiya edildi
60-a yaxın Gürcüstan vətəndaşı Almaniya və İsveçdən deportasiya edilib.
“Nissan” Ay roverini təqdim etdi - FOTO
Nissan Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi (JAXA) ilə birgə hazırlanmış Ay roverinin prototipini təqdim edib. Avtoistehsalçının məlumatına görə, roverdə “Leaf” və “Ariya” elektromobillərində tətbiq olunan mühərrik idarəetmə texnologiyasından istifadə olunub.
Ukrayna 2 yeni hərbi dəniz bazasının inşasına başlayıb
Ukrayna Qara dəniz hövzəsində 2 yeni hərbi dəniz bazasının inşasına başlayıb. Cia.az-ın xəbərinə görə, bu barədə müdafiə naziri Aleksey Reznikov açıqlama verib.
Almaniyadakı azərbaycanlı həkimlərin I Forumu keçiriləcək
Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya Azərbaycanlıları Alyansının dəstəyi ilə Almaniyanın Köln şəhərində ilk dəfə Almaniyadakı azərbaycanlı həkimlərin Forumu keçiriləcək.
Azərbaycanlı din xadimi İraq şiələrinin yeni lideri ola bilər
Miliyyətcə azərbaycanlı din xadimi İraq şiələrinin yeni lideri ola bilər. Cia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin dini “Yeni akit” nəşri yayıb.
“Azərbaycan və Ermənistanla təmasdayıq” - Aİ
“Biz həm Azərbaycan, həm də Ermənistanla əlaqə saxlayırıq”.
Qəddafinin oğlu Liviya prezidentliyinə namizəd ola biləcək
Liviya məhkəməsi ölkənin keçmiş lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı şikayəti qəbul edilib.
Paşinyan Rusiya səfəri ilə bağlı gecə saatlarına qədər iclas keçirdi
Ermənistanda “Vətəndaş müqaviləsi” fraksiyası ölkənin Baş nazirinin müavini Mqer Qriqoryanın Rusiyaya səfərinin nəticələrini müzakirə etmək üçün dünən görüş keçirib.
Azərbaycanlı həkim Türkiyədə beynəlxalq mükafata layiq görüldü
Türkiyə Prezidentinin himayəsində təşkil və təqdim olunan TÜBA – Beynəlxalq Akademiya Mükafatı növbəti laureatları açıqlanıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Cia.az-a verilən məlumata görə, üç laureat arasında Kopenhagen Universitetinin azərbaycanlı professoru Dr. Məsud Aşina Sağlamlıq və Həyat Elmləri kateqoriyasında mükafata layiq görülüb.
"Yanvarın sonunda sərhəddə hərbi gərginlik arta bilər" - Ukrayna müdafiə naziri
“Kəşfiyyat xidmətimiz bütün ssenariləri, o cümlədən ən pis variantı təhlil edir”.
Türkiyə Ermənistanla sərhəddə əməliyyat keçirir
Türkiyənin Daxili İşlər Nazirliyi “Eren Kış-10” adlı antiterror əməliyyatına başlayıb. Cia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat Ağrı, Erzurum və Qarsda keçirilir
BƏƏ Əşrəf Qəninin siyasi fəaliyyətinə qadağa qoyub
Birləşmiş Ərəb Əmirlikləri Əfqanıstanın keçmiş Prezidenti Əşrəf Qəninin öz ərazisində siyasi fəaliyyətini məhdudlaşdırıb.
Ərdoğanın baş məsləhətçisi koronavirusdan öldü
Türkiyənin keçmiş Turizm və Dövlət naziri, hakim Ədalət və İnkişaf partiyası (AKP) sədrinin müşaviri Güldal Akşit koronavirusdan ölüb.
Putin-Bayden görüşünün tarixi açıqlandı
Rusiya və ABŞ Prezidentləri arasında videokonfrans formatında baş tutacaq görüşün tarixi açıqlanıb. Cia.az “Kommersant”a istinadən xəbər verir ki, görüş dekabrın 7-si keçiriləcək.
Türkiyədə yeni maliyyə naziri təyin edildi
Türkiyə xəzinə və maliyyə naziri Lütfi Elvanın istefa tələbi qəbul edilib. Onun yerinə bu vəzifəyə Nurəddin Nəbati təyin olunub. Qərar “Rəsmi Gazete”də dərc olunub.


