banner
banner

Dünya

Barbados rəsmən respublika elan olundu

Karib dənizinin şərq hissəsində yerləşən Barbados rəsmi olaraq respublika olub. Cia.az “TASS”a istinadən xəbər verir ki, oktyabr ayında ölkənin Prezidenti seçilən Sandra Meyson da, həmçinin vəzifəsini icra etməyə başlayıb.

Kabildə partlayış, yaralananlar var

Əfqanıstanın paytaxtı Kabil şəhərində yenidən partlayış olub. Cia.az “Tolo News”a istinadən xəbər verir ki, partlayış məktəbin yaxınlığında baş verib.

Türkiyədə daha 2 nəfər öldü

Türkiyədə əsən güclü külək və yağış səbəbindən həlak olanların sayı 6-ya çatıb. Cia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zonquldakda 21 yaşlı inşaat işçisi güclü külək səbəbindən aşan divarın altında qalaraq dünyasını dəyişib.

Qazaxıstan bəzi dövlətlərə sərhədlərini bağladı

Qazaxıstan hökuməti ölkədə “Omikron” ştammının yayılmasının qarşısını almaq üçün bir sıra dövlətlərdən əcnəbilərin ölkəyə girişini məhdudlaşdırmaq qərarına gəlib. Bu barədə respublikanın səhiyyə nazirinin birinci müavini Marat Şoranov hökumətin iclasında bildirib.

Toivo Klaar Paşinyanla görüşdü

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, tərəflər görüş zamanı regional əhəmiyyətli məsələləri və dekabrın 15-i Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı sammitini müzakirə ediblər.

Çavuşoğlu ATƏT-in iclasında iştirak edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında iştirak edəcək. Cia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Xarici İşlər Nazirliyi yayıb.