banner
banner

Dünya

Çavuşoğlu: “Ərdoğan Putinlə danışıqlar aparacaq”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 3-də Rusiya Prezidenti Vladimir Putinlə telefon vasitəsilə danışıqlar aparmağı planlaşdırır”. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO ölkələri XİN rəhbərlərinin görüşündə jurnalistlər açıqlaması zamanı bildirib.

Ermənistanda silahlı dəstə komandiri həbs olundu

Ermənistanda “Sisakan” adlı hərbi dəstənin komandiri Aşot Minasyan həbs edilib. Cia.az xəbər verir ki, bu barədə məlumatı onun vəkili Miran Poqosyan öz feysbuk hesabında məlumat verib.

Lavrov Çavuşoğlu ilə danışıqlar aparacaq

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsveçin paytaxtı Stokholm şəhərində bir sıra ikitərəfli görüşlər keçirəcək. Cia.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Polşa-Belarus sərhədində yeni qadağa

Polşanın daxili işlər naziri Mariuş Kaminski Belarusla həmsərhəd zonada kənar şəxslərin qalmasına üç aylıq qadağa qoyub. Cia.az “TASS”a istinadən xəbər verir ki, yeni qadağa Belarusla sərhəddə ondan təxminən 3 km məsafədə yerləşən 183 yaşayış məntəqəsini əhatə edir. Sözügedən qadağa dekabrın 1-dən gələn ilin martın 1-nə qədər qüvvədə olacaq.

Qazaxıstan Misirdə olan vətəndaşlarını təxliyə edir

Qazaxıstan koronavirusun “Omicron” ştamı ilə əlaqədar Misirdə istirahətdə olan 4 minə yaxın vətəndaşını təxliyə edəcək. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, hökumət vətəndaşlarını gətirmək üçün 23 təxliyə reysi nəzərdə tutub.