Dünya
UFC prezidenti koronavirusa yoluxub
UFC prezidenti Deyna Uayt koronavirusa yoluxub. Bu barədə onun özü “MMVPN Sports” “YouTube” kanalında Cim Romun podkastının efirində bildirib.
Çavuşoğlu və Lavrov Cənubi Qafqazı müzakirə etdilər
Dekabrın 2-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Stokholmda keçirilən iclası çərçivəsində Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. XİN rəhbərləri ikitərəfli məsələlər, həmçinin regional problemlər, o cümlədən Cənubi Qafqazda vəziyyətin daha da sabitləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar.
Ərdoğanla Putin məsləhətləşmələr aparacaq
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin telefonla görüşü planlaşdırılıb. Cia.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.
Saakaşvili yenidən məhkəməyə çıxarıldı
Bu gün Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilir.
“Biz Putinlə doğma qardaşıq” - Lukaşenko
“Deyə bilərəm ki, Vladimir Putin məni dostdan da artıq hesab edir, biz doğma qardaşıq”. Cia.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko “RİA Novosti”yə verdiyi müsahibəsində deyib.
Güney azərbaycanlı fəallardan siyasi məhbusa dəstək -FOTO
Ərdəbildə yaşayan güney azərbaycanlı fəallar siyasi məhbus Abbas Lisaninin səhhətinin pisləşməsi ilə əlaqədar məhkəmə rəsmilərinə və həbsxananın məsul şəxslərinə, habelə İranın təhlükəsizlik qüvvələrinə qarşı etiraz aksiyası keçiriblər. Bu məqsədlə onlar şəhərin “Qasim Suleymani” meydanında və yerüstü piyada keçidlərindən birində bannerlər quraşdırıblar.
Lavrov-Blinken görüşü baş tutdu
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş keçirilib. Cia.az “TASS”a istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmda keçirilən görüş bu dəqiqələrdə başa çatıb.
ABŞ-ın dövlət katibi ilə Rusiyanın XİN başçısının görüşü başa çatıb
İsveçin paytaxtı Stokholmda ABŞ-ın dövlət katibi Entoni Blinkenlə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
“ATƏT regional əməkdaşlığa töhfə verməyə hazırdır”
“Üç ölkə müvafiq razılığa gələrsə, ATƏT Azərbaycan, Gürcüstan və Ermənistan arasında regional əməkdaşlığa töhfə verməyə hazırdır”. Cia.az xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Stokholmda ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı söyləyib.
İran nüvə razılaşmasına dair sənəd layihəsini təqdim edib
İranın nüvə proqramı ilə bağlı razılaşmaya dair Vyanada aparılan danışıqlarda bu ölkənin nümayəndələri tərəfindən saziş layihəsi təqdim olunub.
Saakaşvili tərəfdarları yenidən toplaşdı: Mitinq keçirilir
Gürcüstanda Tbilisi Şəhər Məhkəməsi ərazisində yenidən Mixail Saakaşviliyə dəstək aksiyası keçirilir.
Qırğızıstanda deputatların maaşı azaldıldı
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə millət vəkillərinin əmək haqlarını azaldıb və onların xidməti avtomobillərini əllərindən alıb. Cia.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstan Prezidentinin Mətbuat xidməti yayıb.
Saakaşvilinin məhkəməsi keçirirlir
Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilinin işi üzrə növbəti məhkəmə dinləməsi başlayıb.
Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər
Belarusda növbədənkənar prezident seçkiləri keçirilə bilər.
Gürcüstan xüsusi PCR testləri alacaq
Gürcüstan tezliklə "Omikron" adlı yeni növ koronavirusun diaqnostikasında istifadə olunacaq xüsusi PCR testləri alacaq.
Afrikanın ən böyük küçə festivalı ləğv edildi
Hər il Nigeriyada təşkil olunan və Afrikanın ən böyük küçə festivalı sayılan “Kalabar” bu il koronavirusun “omikron” ştammı ucbatından ləğv edilib. Bu barədə tədbirin keçiriləcəyi eyniadlı əyalətin rəhbəri Ben Ayade məlumat verib


