banner
banner

Dünya

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Şərqi Yava vilayətində Semeru vulkanı püskürüb. Cia.az xəbər verir ki, bu barədə “Straits Times” məlumat yayıb.

Özbəkistan bəzi ölkələrə uçuşları dayandırdı

Dünya ölkələrində epidemioloji vəziyyətin gərginləşməsi ilə əlaqədar Özbəkistan gələn il yanvarın 10-dək Cənubi Afrika Respublikası, Botsvana, Namibiya, Zimbabve, Mozambik, Madaqaskar, Lesoto, Esvatini, Tanzaniya və Honkonqa olan giriş, çıxış və tranzit reyslərini dayandırıb.

Azərbaycan-İran parlamentlərarası əməkdaşlığının inkişafı məsələləri müzakirə edilib -FOTO

Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı səfiri Əli Əlizadə bu ölkənin İslam Şurası Məclisi (parlamentin) sədrinin birinci müavini, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Nikzadla görüşüb. AZƏRTAC xəbər verir ki, 44 günlük Vətən müharibəsində Qələbənin ildönümü münasibətilə təbriklərini çatdıran Əli Nikzad Azərbaycanın sevincinin və kədərinin İran üçün də bir olduğunu qeyd edib.

Medvedev yenidən “Vahid Rusiya”nın sədri oldu

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yenidən “Vahid Rusiya” partiyasının sədri seçilib. Cia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Medvedev partiya qurultayında keçirilən təkrar səsvermə nəticəsində sədr olub. O, 2012-ci ildən partiya sədri vəzifəsini icra edir. Boris Qrızlov isə yenidən partiyanın Ali Şurasının sədri seçilib.

Ərdoğanın mitinqində partlayıcı qurğu son anda tapıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Siirtdəki mitinqinə təyin olunmuş polis məmurunun avtomobilinin altına qoyulmuş partlayıcı qurğu son anda tapılıb. Cia.az“CNN”ə istinadən xəbər verir ki, Mardindən Siirtdə mitinqə gedən polis məmurunun avtomobilinin altına gizli şəkildə uzaqdan idarə olunan partlayıcı qurğu qoyulub. İki polis əməkdaşı avtomobilin altındakı partlayıcıları tez görə bilib.

Saakaşvilinin keçmiş həyat yoldaşı da mühakimə olunur

Bu gün Tsulukiani elan etdi ki, qatil olmağımdan başqa (Hillari Klintondan tutmuş onun içdiyi “Red Bull”a qədər hər şey) Sandranın həbsini xahiş edirəm. Cia.az xəbər verir ki, bu barədə Mixail Saakaşvilinin rəsmi Facebook səhifəsində qeyd olunub.

Gürcüstanın Təhsil və Elm Nazirliyində azərbaycandilli məktəblərin problemləri müzakirə olunub

“Gürcüstan Maarif Təşkilatı”nın və “Maarif” qəzetinin baş redaktoru Ələddin Qaradağlı, Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai fəal Aygül İsayeva Gürcüstanın Təhsil və Elm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Kaxa Xandolişvili, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava və nazirliyin digər əməkdaşları ilə görüşüblər.