Bir teleserial haqqında - Xalq yazıçısı Anardan münasibət
Yazar: Anar
Televiziya kanalarından birində adı mənim pyesimlə eyni olan “Təhminə və Zaur” serialı nümayiş etdirilir. Bununla bağlı mənə çoxlu suallar verirlər, münasibətimi bilmək istəyirlər. Xeyli müddət bundan əvvəl bir neçə gənc yanıma gəldi və mənim əsərim əsasında serial çəkmək niyyətində olduqdarını bildirərək razılığımı almaq istədilər. Mən əvvəlcə bu mövzuda pyesimin bir çox teatrlarımızda da, İstanbulda da uğurla tamaşaya qoyulduğunu, romanın dəfələrlə böyük tirajlarla Bakıda və bir sıra xarici ölkələrdə nəşr olunduğunu və nəhayət, mərhum rejissorumuz Rasim Ocaqovun bu mövzuda dəyərli bədii film çəkdiyini nəzərlərinə çatdıraraq, bir daha bu mövzuya müraciət etməyi məsləhət bilmədim.
Buna baxmayaraq cavanlar çox israr etdikləri üçün: “Yalnız ssenariylə tanış olandan sonra razı olub-olmadığımı bildirərəm” – dedim.
Ssenarini (əgər o doğrudan da vardırsa) mənə göstərmədilər. Bir müddət sonra eşitdim ki, hazır filmi TV kanalı nümayiş etdirir. Bir seriyasına baxdım və bu mənə bəs elədi. Tam məsuliyyətlə bəyan edirəm ki, bu serialın mənə, mənim əsərimə heç bir dəxli yoxdur. Serialın adı, dediyim kimi, pyesimdən alınıbdırsa da, pesonajlar romanın qəhrəmanlarının adlarını daşıyırlarsa da, bu serialda tamamilə başqa hadisələr cərəyan edir, tamam başqa süjet qurulub (əgər buna süjet demək olarsa), xarakterlər bambaşqadır, mənim obrazlarıma qardaş-bacılar, qohum-əqraba uydurublar, bir sözlə, təlqin olunan fikirlər, ideya, məzmun, davranış və danışıq tərzi mənim mətnlərimdən yer-göy qədər fərqlidirlər. Odur ki, bir daha təkrar etməyə məcburam, “Təhminə və Zaur” adıyla teleekrana çıxarılanların çırpışdırılmış adlardan başqa mənim əsərimə heç bir aidiyyatı yoxdur. Bu əsəri, məsələn, “Tahir və Zöhrə” də adlandırmaq olardı.
Bəzi tanışlarım məsləhət görürdülər ki, müəllifləri bu pirat hərəkətlərinə görə məkəməyə verim. Razı olmadım, bunu etsəydim, dolayı yolla bu əsərin nə şəkildəsə mənə aid olduğunu etiraf etmiş olardım.
Filmin bədii səviyyəsinə gəlincə, yalnız bir seriyasına baxmaqla özgələrin işinə qiymət vermək istəmirəm. Serialın başqa bölümlərinə baxmamışam və baxmağa da nə niyyətim, nə həvəsim var.
Prezident İlham Əliyev Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Cia.az xəbər verir ki, Sərəncamla Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilirlər:
Azərbaycan Elmlər Akademiyasının təşkilatçılarından biri, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək.
"Pensiyalarda artım faizi ilə bağlı bizə ünvanlanan suallara cavab olaraq bildirmək istərdik ki, mövcud qanunvericiliyə əsasən, pensiyadakı artımlar indeksləşdirmə və yardımların verilməsi formasında həyata keçirilir. Əmək pensiyaları hər il yanvar ayında indeksləşdirilir və bu, əvvəlki ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır".
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Hyundai” markalı avtomobillərin Azərbaycandakı rəsmi distributoru “Auto Azərbaycan” MMC barəsində araşdırmaya başlayıb.
Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib.
Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində körpə 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılıb. Bu zaman anası da özünü övladının ardınca atıb. Hadisədən sonra hər iki şəxs dərhal Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən Ukraynaya göndərilən humanitar yardım kontekstində verilmiş açıqlamada “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi qəbuledilməzdir.
Avtomobil almaq istəyən şəxsləri ən çox düşündürən suallardan biri də həmin nəqliyyat vasitəsinin qəzaya düşüb-düşməməsidir. Bəzi hallarda bunu öyrənmək üçün vətəndaşlar kifayət qədər vaxt itkisi ilə üzləşirlər. Amma bunun daha asan yolu var. Nəqliyyat vasitələrinin qəza tarixçəsi haqqında məlumatları icbari sığorta bürosunun elektron sistemindən əldə etmək olar. Proses necə həyata keçirilir. Bunun üçün şərtlər nələrdir?