banner
banner

Cəmİyyət

Sabir Rüstəmxanlı: “18 oktyabr iş günü olmamalıdır”

Sabir Rüstəmxanlı: “18 oktyabr iş günü olmamalıdır”
Yazar: Sabir Rüstəmxanlı

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdə “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış etdi.

Cia.az-in  məlumatına görə S. Rüstəmxanlı bildirdi ki, qanun layihəsinə qarşı çıxmaq, kölgə salmaq düzgün deyil. S.Rüstəmxanlı müstəqilliyin bərpası uğrunda çalışan və ortaya mövqe qoyan insanların, müstəqilliyə səs verən deputatların haqqının verilməsini zəruri sayaraq bildirdi ki, onların minimum ehtiyacları ödənməlidir: “O adamların bəziləri 200-300 manatlıq aylıq təqaüdlə dolanırlar. Həmçinin hesab edirəm ki, 18 oktyabr iş günü olmamalıdır. 1918-ci ildə zəhmət çəkənlərin də xatirəsi qorunmalıdır.

Rəsulzadənin iki otaqlı mənzili var idi, sonra oğlu gəldi, biz ermənilərin sahibləndiyi həmin mənzili alıb ona verə bilmədik. Bu, nə iradədir? Nuru Paşanın abidəsinin qoyulması niyə problem olmalıdır? Nargin adası niyə təmizlənmir, orda bir abidə qoyulmur? Vaxtilə ora Çar Rusiyasının əyləncə yeri olub. Vaxtilə Azərbaycanda bu işlərin qarşısını alan adamlar var idi, indi yoxdur. Heç olmasa, indi bu məsələlərə diqqəti artırmalıyıq”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bakıda gecə saatlarında baş vermiş bu hadisəyə görə qurumlar hərəkətə keçdi - FOTOLAR

Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.

Bu ərazilərdən ev ALMAYIN - 1 mənzil 3-4 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.

Sabiq icra başçısı lüks sauna tikdirdi - Fəhlələrin pulunu vermədi

Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.

Vüqar Gülməmmədovun qardaşı necə məmur oldu - SENSASİON TƏFƏRRÜATLAR

Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.