Fevralın son hərracında dollara tələb müqayisəli olaraq azalsa da valyuta bazarı üçün ötən ay heç də asan olmadı.
Cia.az bildirir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramlı şəxsi feysbuk hesabında qeyd edib.
"Fevral ayında hərraclarda 870,6 milyon dollarlıq sifariş qeydə alınıb ki, bu da əvvəlki ilin eyni ayı ilə müqayisədə 2,6 dəfə çoxdur. Bu ilin ilk 2 ayında isə hərraclarda 1 milyard 287,6 milyon dollar satılıb ki, bu da 2023-cü ilin uyğun dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.
Sonuncu hərracda 80 milyon dollarlıq sifariş ondan xəbər verir ki, valyuta bazarındakı volatilik bu ay optimallaşdırıla bilər. Qeyd edək ki, ondan əvvəlki 5 hərracın hər birində tələb üç rəqəmli, yəni 100 milyon dollardan çox olmuşdur. Bununla belə, mart ayında da bayram, qeyri-iş günlərinin sayını və potensial idxal həcmini nəzərə alsaq dollara tələbin kəskin azalmayacağı istisna deyil. Mərkəzi Bank fevral ayında dollara tələbin artmasını daha çox mövsümi faktorlar ilə bağlı olduğunu bəyan edib. Mövsümi faktorlar həmin dövrə uyğun olaraq daha çox təbii yaranan səbəblər kimi nəzərdə tutulsa da əvvəlki illərin fevral aylarında valyuta bazarında hər zaman sakitlik müşahidə olunub. Bu isə ondan xəbər verir ki, fevralda valyutaya tələbin kəskin artmasının digər iqtisadi və psixoloji səbəbləri var. Belə ki, 2023-cü il fevralında hərraclarda cəmi 326.5, 2022-ci ilin eyni ayında 371.3 və 2021-ci ilin həmin ayında isə 437.4 milyon dollar satılıb. Bu il fevralında isə bu rəqəm 870.6 milyon dollar olub. Göründüyü kimi, 2024-cü ilin fevral ayında müşahidə edilən kəskin artım əvvəlki 3 ilin ferval aylarında qeydə alınmayıb.
Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ildə idxal 17 milyard 285 milyon dollara çatıb. İdxal isə valyuta tələbi deməkdir. Tələbi optimallaşdırmaq üçün isə bazarın valyuta təklifinin artırılmasına və şaxələndirilməsinə ciddi ehtiyac var", - o fikrini tamamlayıb.
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.