banner
banner

İqtİsadİyyat

Azərbaycan Gürcüstan iqtisadiyyatına nə qədər investisiya yatırıb? – İki fərqli rəqəm…

Azərbaycan Gürcüstan iqtisadiyyatına nə qədər investisiya yatırıb? – İki fərqli rəqəm…

Ötən il Gürcüstan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyaların (FDI) həcmi 1 milyard 594,7 milyon dollar olub və 2022-ci illə müqayisədə 24% azalıb.

Cia.az xəbər verir ki, Gürcüstan iqtisadiyyatına yatırılan xarici investisiyaların 3,4%-i və ya 53,6 milyon dolları Azərbaycanın payına düşüb.

2022-ci illə müqayisədə Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisyaların həcmi 32 dəfə artıb. Belə ki, 2022-ci ildə Azərbaycanın Gürcüstan iqtisadiyyatına 1,7 milyon investisya yatırıb.

Məlumat üçün bildirək ki, Azərbaycanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlarla, Gürcüstan rəsmi qurumlarının açıqladığı məlumatlar arasında böyük fərq var. Gürcüstan ötən ilin ilk 9 ayında Azərbaycanın bu ölkənin iqtisadiyyatına 18 milyon dollar investisya qoyduğunu bildirib. Lakin, Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumatda göstərilir ki, ötən ilin ilk 9 ayında Azərbaycan Gürcüstan iqtisadiyyatına 50,7 milyon dollar investisyia yatırıb. 2022-ci ilin statistik göstəricilərində də eyni vəziyyət müşahidə olunub. Belə ki, Azərbaycan 2022-ci ildə Gürcüstan iqtisadiyyatına 37,5 milyon dollar investisya yatırıldığını bəyan edib.

Onu da qeyd edək ki, Azərbaycan və Gürcüstan rəsmi qurumlarının açıqladığı məlumatlar arasında böyük fərqin olması təkcə birbaşa xarici investisiyalarla bağlı deyil, Azərbaycan və Gürcüstan rəsmi qurumlarının açıqladığı xarici ticarət göstəricilərində də hər zaman böyük fərq qeydə alınır.

yeniavaz.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.