banner
banner

İqtİsadİyyat

Xam nefti ən baha qiymətə Fransaya satırıq – Ölkələrin tam siyahısı

Xam nefti ən baha qiymətə Fransaya satırıq –

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrə 4 milyon 595 min 490,1 ton xam neft və xam neft məhsulları satıb.

Cia.az yeniavaz.com-a istinadən bildirir ki, ixrac olunan xam neftin gömrük dəyəri 2 milyard 826 milyon 58,6 min dollar olub.

Açıqlanan rəqəmlərdən belə görünür ki, Azərbaycan neft və xam neft məhsullarının 1 tonunu 615 dollara satıb.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə xaricə satılan xam neftin miqdarı builkindən 579,6 min ton və ya 12,6%, 1 ton neftin dəyəri isə 13 dollar və ya 2,1% çox (628 dollar) olub. 

Məlumat üçün qeyd edək ki, bu ilin ilk 2 ayı ərzində xam nefti ən baha qiymətə Polşa, Fransa və Xorvatiyaya (636,3 dollar), ən ucuz qiymətə isə Özbəkistana (486 dollar) satmışıq.

Xarici ölkələrə satılan neftin miqdarı və dəyərini təqdim edirik:

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.