banner
banner

İqtİsadİyyat

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Manatla bağlı vacib QƏRAR: 28 günlük... - AÇIQLAMA

Mərkəzin Bankın notları üzrə son faiz dərəcələrində cüzi artım qeydə alınıb. Belə ki, bir müddət öncə azalan faizlərdə fevralın 8-dən etibarən artım müşahidə olunmaqdadır. Ötən ayın əvvələrində 6.62 faiz dərəcəsi olan 168 günlük notlar hazırda 6.85 faizlə təklif olunur. Oxşar artımlar 84 və 28 günlük notlar üzrə də qeyd alınıb.

Cia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, uzun müddətli hesab olunan, 252 günlük notlarda da oxşar artım qeydə alınmaqdadır:

“Mərkəzi Bankın uçot faiz dərəcəsi isə son dəfə fevralın 1-də dəyişdirilərək 8 faizdən 7.75 faizə endirilib. Uçot faiz dərəcəsində azalmaya rəğmən Mərkəzi Bankın notlarının gəlirliyində artım müşahidə olunur. Notların faiz dərəcələrində diqqəti çəkən əsas məqamlardan biri də 28 günlük notlar üzrə son faiz dərəcəsinin 168 günlük notlarla müqayisədə cəmi 0.05 faiz aşağı olmasıdır.

Bu qısa müddətli yerləşmələrə marağın artmasına orta müddətli notlara tələbin azalmasına səbəb ola bilər. Aydındır ki, Mərkəzi Bank orta və uzun müddətli dövrlü notlara daha çox vəsaitin cəlb edilməsində maraqlı olmalıdır. Bu, maliyyə qərarları baxımdan da vacibdir.

Bu baxımdan, qısa və orta müddətli notlar üzrə faiz dərəcələri arasında fiskal mütənasibliyin tapılması çox vacibdir. Ona görə də faizlərə yenidən baxılması və zaman üzrə də optimallaşdırılmasına ehtiyac var. Bütövlükdə, Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 1 milyard 295 milyon manatdır. Ötən ayın son günü ilə müqayisədə notların həcmi 33.16 milyon manat artıb".

Musavat.com

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.