Gürcüstanın hakim partiyası Rusiya ilə müharibə barəsində gözlənilməz bəyanat verib
Cia.az xəbər verir ki, Gürcüstanın hakim partiyası Rusiya ilə müharibə barəsində gözlənilməz bəyanat verib. Bu barədə Gürcüstanın Birinci kanalı məlumat verib. "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının iddiasına görə, Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili 2008-ci ilin avqustunda xaricdən göstərişlər Rusiya ilə müharibənin başlanmasına səbəb olub: “Fakt budur ki, 2008-ci ilin avqustunda Saakaşvilinin avantürist hərəkətləri onun psixi qeyri-sabitliyinin yox, kənardan gələn göstərişlər və yaxşı planlaşdırılmış xəyanətin nəticəsi idi”. Partiyanın açıqlmasında bildirilir ki, "uzunmüddətli sülhün bərqərar olması və cəmiyyətin kimin ölkəyə və xalqa qarşı xəyanət edərək cinayət törətdiyini bilməsi üçün hüquqi proses başladılmalıdır".
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.