Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib.
Cia.az xəbər verir ki, bunu Rusiya lideri Prezident İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Rusiya və Azərbaycan əsas çoxtərəfli platformalarda, o cümlədən BMT və Müstəqil Dövlətlər Birliyində öz səylərini sıx əlaqələndirir. Oktyabrda İlham Heydər oğlunu MDB Dövlət Başçıları Şurasının iclasında, həmçinin Kazanda keçiriləcək BRICS sammiti çərçivəsində “autriç” formatında görüşdə görməyə şad olacağıq”, - Rusiya lideri vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.