Son günlər regionlardan quzu və mal əti xeyli bahalaşıb. Belə nki, hazırda bölgələrdə mal ətinin bir kiloqramı 14-15, quzu əti isə 20 manata təklif olunur. Halbuki, bir müddət əvvəl mal ətinin bir kiloqramı 12, quzu əti isə 16-17 manata satılırdı.
Bəs bu bahalaşmanı zəruri edən səbəb nədir?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, ətin qiymətinin qalxması əslində gözlənilən idi:
"Baxmayaraq ki, ənənəvi olaraq yay aylarında ətin qiyməti aşağı düşürdü. Lakin ötən ildən başlayaraq bu ənənə pozulub. Hətta yay aylarında belə ətin qiyməti bahalaşır. Bunun da bir sıra səbəbləri var. Birinci səbəb odur ki, ümumi istehsal azalıb. Son illərdə heyvandarlıqda tənəzzül yaşanır.
İkinci səbəbsə məhsulun maya dəyərinin artmasıdır. Tək bir faktı deyim ki, ötən ilin bu dövründə yoncanın bir kipi 3 manata, hazırda isə 7 manata təklif olunur. Örüş yerləri olmadığı üçün fermerlər heyvanları qapalı şəraitdə saxlayırlar. Qapalı şəraitdə də çox heyvan saxlamaq mümkün deyil.
Üstəlik, örüşlə müqayisədə qapalı şəraitdə saxlanılan heyvanlardan əldə edilən məhsulun maya dəyəri xeyli baha olur. Ona görə də həm quzu, həm də mal ətinin bahalaşması qaçılmazdır. Nəzərə alaq ki, yaxın günlərdə toylar da başlayacaq və ətə olan tələbat daha da artacaq. Ona görə də yaxın zamanda ət daha baha qiymətə təklif olunacaq".
Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.
Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.
Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.