Prezident İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb. Cia.Az xəbər verir ki, mətndə deyilir: “Hörmətli cənab Prezident, Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.