Bir ay sonra şərtlər dəyişir: Əliyev tələbi artıracaq!
Demokratlar Partiyası (ABŞ-da – red.) iqtidarda olduğu dönəmdə Rusiya-Ukrayna müharibəsi başladı. Eyni zamanda Yaxın Şərq yeni və irimiqyaslı müharibəyə sürüklənir. Məhz elə bu müharibələrə etiraz edən amerikalı seçicilər Demokratlar Partiyasının namizədi Kamala Harrisə yox, Respublikaçılar Partiyasının namizədi, sabiq prezident Donald Trampa səs verəcəklər.
Cia.az xəbər verir ki, bu sözləri Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
Onun fikrincə, Tramp hər iki müharibəni durdurmaq imkanındadır:
“O da gün kimi aydındır ki, demokratların belə bir şansı yoxdur. Fürsəti əldən veriblər. Yanlış və proseslərin gedişinə yekəxana münasibət Qərbi naqolay vəziyyətdə qoyub...
Donald Trampın gəlişi həm də Ermənistan üçün fəlakət deməkdir. Əminəm ki, Nikol Paşinyan da bu perspektivi görür. Ona görə də o, COP29-a qədər sülh sazişi adına nəsə bir müqavilə imzalamağa can atır. İlham Əliyev də bilir ki, Donald Trampın gəlişi ilə ABŞ-da Azərbaycana münasibət köklü şəkildə müsbətə doğru dəyişəcək. Türkiyə və Rusiyaya da həmçinin. Bu isə Azərbaycanın əlini daha da gücləndirəcək. Ona görə də İlham Əliyev Nikol Paşinyanın təklif etdiyi yarımçıq sülh müqaviləsinə maraq göstərmir. Çünki o, yaxşı bilir ki, Donald Trampın gəlişindən sonra Ermənistan indi razılıq vermədiyi təkliflərə həmən razılıq verəcək. Əminəm ki, onda da Azərbaycan bununla razılaşmayacaq. Çünki İlham Əliyev maksimalist siyasətçidir. Ermənistandan nə qoparmaq mümkündürsə, onu son zərrəsinə qədər qoparmayınca dayanmayacaq.
Gürcüstanda keçirilən seçkiləri Qərb Rusiyaya uduzsa Demokratlar Partiyasının Amerikada iqtidardan gedəcəyini əvvəlcədən söyləmək olar”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 5 noyabrda baş tutacaq.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.