banner
banner

İqtİsadİyyat

Balın qiyməti kəskin bahalaşa bilər - SƏBƏBİ AÇIQLANDI

Balın qiyməti kəskin bahalaşa bilər - SƏBƏBİ AÇIQLANDI

Göyçayın arıçılıq təsərrüfatlarında fermerləri çaşbaş qoyan nüanslar ortaya çıxıb. "Arı canavarları" adlanan zərərverici həşəratlar yeşiklərin nəfəsliyindən daxil olaraq bal arılarına hücum çəkir, onları məhv edir.

Təsərrüfat sahibləri payız və qış mövsümünə uyğun olaraq müalicə və xəstəliklərə qarşı mübarizə üsullarına riayət etsələr də, arıların kəskin şəkildə azalması ilə üzləşirlər.

"Arıçı başa düşməsə, bu zərərverici həşəratlar 3-5 gün ərzində bütün arıxananı məhv etmək iqtidarındadır. Götürdüyümüz məhsul azdır, ona görə də, məcburuq balı camaata 30-40-50 manata təqdim edək", - deyə arıçı Vüqar Əfəndiyev deyib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.