banner
banner

İqtİsadİyyat

Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı – Agentlikdən qəribə satınalma

Fərqli rayonlar, fərqli obyektlər, eyni icarə haqqı –

İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi müxtəlif rayonlarda qeyri-yaşayış sahələri icarəyə götürüb.

Cia.az xəbər verir ki, Agentlik tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında obyekt sahibləri ilə müqavilələr imzalayıb.

Fiziki şəxslərdən ümumilikdə 10 obyekt icarəyə götürülüb və onlarla bu ilin sonuna kimi icarə müqaviləsi imzalayıb.
İmzalanan icarə müqavilələrində diqqət çəkən məqamlardan biri odur ki, fərqli rayonlarda fərqli sahələri olan obyektlər üçün eyni icarə haqqı ödəniləcək. Məsələn, Cəlilabad şəhərindəki 87,9 kv. metr sahəsi olan obyekt üçün də, Şəki şəhərindəki 140 kv. metr sahəsi olan obyekt üçün də eyni məbləğ – 20 min 930 manat 28 qəpik ödəniləcək.

Müqavilələrdə başqa diqqət çəkən məqam isə odur ki, icarəyə götürülən obyektlər üçün ödənilən məbləğ mövcud bazar qiymətlərindən yüksəkdir. Məsələn, Cəlilabad şəhərindəki 87,9 kv. metr sahəsi olan obyekt üçün bir il müddətinə 20 min 930 manat 28 qəpik (aylıq 1 744 manat) ödəniləcək.

Halbuki, Cəlilabad şəhərinin mərkəzi hissəsində 80-100 kv. metr sahəsi olan obyektlərinin aylıq icarə qiyməti təxminən 700 – 1 000 manat arasında dəyişir.
İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin icarəyə götürdüyü obyektlər bunlardır:

 

Məlumat üçün onu da bildirək ki, dövlət qurumlarının müxtəlif rayonlarda qeyri-yaşayış sahələri icarəyə götürmələri hallarında artım müşahidə olunur. Belə ki, Ədliyyə Nazirliyi də son 2 gündə hüquqi və fiziki şəxslərdən ümumilkdə 41 obyekt icarəyə götürüb və onlarla bu ilin sonuna kimi icarə müqaviləsi imzalayıb.

Yeniavaz.com



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Neft qiymətləri psixoloji həddən yuxarıda: Artım davam edir

Ənsər-Allah-ın Bab-əl Məndəb boğözında tankerlərə hücumu, ABŞ-ın İranın əsas neft ötürülən Xarq adasını tutmaq planlarına dair məlumatlar, həmçinin Novorossiyskdə Ukrayna hücumları nəticəsində Qazaxıstan neftini dünya bazarına ötürən Xəzər Boru Konsorsiumunun terminallarında fəaliyyətin dayandırılması dünya neft bazarında qiymətlərin daha sürətlə yüksəlməsinə səbəb olub.

Neft qiymətləri kəskin dönüş etdi

Şənbə və bazar günləri ərzində ABŞ-la İran arasında hərbi toqquşmaların kəskinləşməsi, Hörmüzdə gəmilərin hərəkətinə təhdidlərin artması fonunda neft bazarı yeni həftəyə ciddi qiymət artımı ilə başlayıb.

Maşın almaq istəyənlərə VACİB XƏBƏR

Azərbaycan avtomobil bazarında maşının "tez satılması" (likvidliyi) onun ikinci əl dəyərini nə dərəcədə qorumasından, ehtiyat hissələrinin tapılma tezliyindən, usta sayından və yanacaq sərfiyyatından birbaşa asılıdır. Son dövrlərdə rəsmi tənzimləmələr (məsələn, 10 ildən köhnə avtomobillərin ölkəyə gətirilməsinin məhdudlaşdırılması) və hibrid/elektrik texnologiyalarına maraq bazardakı "ən sürətli satılanlar" siyahısını ciddi şəkildə yeniləyib.