Bu təklifimiz Bakı üçün gözlənilməz oldu - Simonyan
Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması prosesi dalana dirənməyib.
Cia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Prosesin dalana dirəndiyini düşünmürəm. Ola bilsin ki, bizim saziş imzalamaq təklifimiz Azərbaycan tərəfi üçün bir qədər gözlənilməz olub", - o qeyd edib.
A.Simonyanın sözlərinə görə, hər iki ölkənin öz taleyini müstəqil həll etmək üçün kifayət qədər gücü var.
Xatırladaq ki, Azərbaycan və Ermənistan 13 martda sülh sazişin mətninin razılaşdırıldığı haqda açıqlama yayıblar.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.