Ərdoğanın Ukrayna və Rusiya heyətlərinin rəhbərləri ilə görüşdüyü bildirilir-SON DƏQİQƏ
Ukrayna rəsmiləri İstanbulda Rusiya komandası ilə yalnız Tramp administrasiyasının təklif etdiyi qeyd-şərtsiz 30 günlük atəşkəsin necə həyata keçiriləcəyini və monitorinqinin aparılmasını müzakirə etmək üçün görüşəcəklərini bildiriblər. Tezadlar.az “The Wall Street Journal”a istinadla bildiri ki, Ukrayna hələ mart ayında belə atəşkəsə razılaşıb, lakin Rusiya prezidenti Vladimir Putin hələ də bu ideyanı dəstəkləməyib. Ukrayna nümayəndə heyətinə kimin daxil olacağı hələlik rəsmən açıqlanmayıb.
Rusiyaya Putinin köməkçisi Vladimir Medinskinin rəhbərlik edəcəyi bir gecədə məlum olub. O, artıq genişmiqyaslı işğalın əvvəlində Rusiyanı danışıqlarda təmsil etmişdir. ” RİA Novosti” isə öz mənbələrinə istinadən xəbər verir ki, danışıqların bu gün nahardan sonra başlanması gözlənilir. Səhər Rusiya mətbuatı danışıqların səhər saat 10-da başlamalı olduğunu yazmışdı.
Cia.az isə Türkiyə mediasına istinadla bildiri ki, nümayəndə heyətlərinin rəhbərləri əvvəlcə Ərdoğanla görüşüm son qəti mövqeləri müəyyənləşdirməkdədir. Sonra heyyət şəklində müzakirələr başlayacaq…
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 16-da "John Deere" şirkətinin MDB və Mərkəzi Asiya ölkələri üzrə prezidenti, "John Deere Walldorf International" MMC-nin Baş icraçı direktoru Çaba Leykonu və şirkətin MDB üzrə vitse-prezidenti Peter Zakseni qəbul edib.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.