26 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib.
Cia.Az xəbər verir ki, bu barədə Şuradan məlumata verilib. Bildirilib ki, "ARB" televiziya kanalının efirində 21 may 2025-ci il tarixdə yayımlanan "Elgizlə izlə" proqramı zamanı səsləndirilən fikirlər müzakirə olunub.
Qeyd olunan proqramda kişi-qadın, ailə münasibətləri mövzusunda müzakirələr zamanı aparıcı və qonaq tərəfindən "Qadını özbaşına buraxmaq olmaz. Bunu qadınlar özləri də etiraf edirlər ki, qadını ki, özbaşına buraxdın, evin yıxıldı. Qurtardı e...", "Ümumiyyətlə deyirlər ki, qadını tanımaq üçün qadına pul vermək lazımdı və bir də azadlıq vermək lazımdı. Onda siz qadını çox yaxşı tanıyacaqsız...", "Azadlıq da ver, pul da ver. O qadının sonra əl-ayağını yığışdırmaq olar? Pulu da verəsən, azadlığı da verəsən..." fikirləri səsləndirilib.
Şura aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəxəssisləri tərəfindən bu fikirlər "Media haqqında" Azərbaycan Respublikası Qanununun 14.1.4-cü maddəsinin pozulması kimi, yəni cinsi (gender) ayrıseçkiliyinin təbliği kimi qeydə alınıb, daha sonra müvafiq prosedurlara uyğun olaraq həmin fakt Audiovizual Şuranın hüquqşünasları tərəfindən də pozuntu faktı kimi təsdiq olunub.
Şura üzvləri məsələni diqqətlə müzakirə etmiş və yekdilliklə bu dialoqun cinsi ayrıseçkiliyin təbliği kimi təfsir olunması qənaətinə gəliblər. Sonda Audiovizual Şuranın üzvləri "ARB" kanalına xəbərdarlıq edilməsi barədə razılığa gəlib, bütün yayımçılardan belə müzakirələr zamanı qanunvericiliyin tələblərini əsas tutmaları tələb olunub.
"Akademik Milli Dram Teatrının adı bədii rəhbər Mehriban Ələkbərzadənin İstanbul Şəhər Teatrlarına qarşı səsləndirdiyi iftiralara görə, İstanbul Mekan Tiyatro Beynəlxalq Teatr Festivalının komitəsindən çıxarılıb".
Sovet dövrü postsovet ölkələrinin hər birinə ölkə üzrə səpələnmiş mədəniyyət evləri və klubları şəbəkəsini miras qoyub. Bu gün mədəniyyət evləri ölkəmizin istənilən şəhərinin və ya kəndinin tanış atributudur. Bu tikililər bir növ xalq evlərini əvəz edərək, mədəni təcrübənin daha əhatəli və məzmunlu görünüşünü təqdim ediblər. Çox keçmədən mədəniyyət məkanının başqa bir formatı - mədəniyyət sarayları meydana çıxdı. Onların böyük miqyasda olan memarlıq layihələri yeni fəaliyyət formaları - mühazirələr, müzakirələr, idman, müxtəlif dərnəklər, konsertlər, tamaşalar və s. ilə sakinlərin asudə vaxtlarını zənginləşdirməyə xidmət etdi.