banner
banner

Səhİyyə

Quduzluqdan ölən uşaqla bağlı - Rəsmi açıqlama

Quduzluqdan ölən uşaqla bağlı - Rəsmi açıqlama

İt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib. 

Cia.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb. 

Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: “2015-ci il təvəllüdlü azyaşlı oktyabrın 5-i saat 19:10 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq diaqnozu təyin olunub, o, Reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Təəssüf hissi ilə bildiririk ki, aparılan reanimasiya tədbirlərinə baxmayaraq, oktyabrın 7-si saat 12:10 radələrində pasiyentin bioloji ölüm faktı qeydə alınıb.

Ailə üzvləri meyitin tibbi-patoloji yarılmaya (təşrih) göndərilməsindən imtina ediblər”.

Həmçinin məlumatda qeyd olunub ki, həmin şəxs ilkin olaraq oktyabrın 4-ü saat 22:50 radələrində Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə müraciət edib: “Ona ilkin tibbi xidmət göstərilib, hiperqlikemiya və proteinuriya diaqnozları təyin olunub. Eyni zamanda, azyaşlıda halsızlıq, qorxu hissi və halüsinasiya halları müşahidə olunub.

Sağlamlıq vəziyyəti dəyərləndirildikdən sonra stasionar müalicə tövsiyə edilsə də, valideynləri bundan imtina edərək pasiyenti Bakı şəhərində yerləşən tibb müəssisəsinə aparıblar. Valideynlər azyaşlının anamnezində it dişləmə faktını qeyd etməyiblər”.

Qeyd edək ki, ilkin məlumatda itin azyaşlını bir ay öncə dişləməsi və uşağın uzun müddətdən sonra - dünən öldüyü deyilirdi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əməkdar həkim vəfat etdi

Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.

Səhiyyə Nazirliyinin müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT

12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib.

“Məlhəm” Hospitalında pasiyentləri belə aldadırlar

“Məlhəm Beynəlxalq Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində qanunla müəyyən olunmuş nağdsız hesablaşma tələblərinə əməl olunmaması faktı müəyyən edilib.

Həkimlərin gözünü qorxudacaq XƏBƏR

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar dəyişir.