banner
banner

Sİyasət

İlham Əliyev İrəvana gedəcək?

İlham Əliyev İrəvana gedəcək?

Məlum olduğu kimi, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Avropa Siyasi Birliyinin gələn ilin yazında keçiriləcək sammitində iştirak etmək üçün İrəvana dəvət olunduqlarını açıqlayıb.

Cia.az xəbər verir ki, “Caliber.Az” diplomatik mənbələrə istinadən İlham Əliyevin sözügedən sammitdə iştirak etmək niyyətində olmadığını yazıb.

Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərin hazırkı səviyyəsi Prezident İlham Əliyevin İrəvana səfərini aktual addım kimi nəzərdən keçirməyə imkan vermir: “Azərbaycan real fəaliyyət prinsiplərini rəhbər tutur. Saziş imzalanmadan və praktiki mexanizmlər işə salınmadan yüksəksəviyyəli səfər prosesin başa çatması barədə yanlış təəssürat yarada bilər. Hüquqi baza yaradılana və öhdəliklər yerinə yetirilməyə başlanana qədər bu cür addımlar üçün hələ tezdir. 

Gələcəkdə yüksəksəviyyəli səfərlər perspektivi istisna edilmir. Əksinə, sülh sazişinin imzalanması və onun icrası başladıqdan sonra bu, prosesin məntiqi davam olacaq. İndi isə əvvəl razılaşdırılmış öhdəliklərin həyata keçirilməsi ilə bağlı praktiki addımlar lazımdır”.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Zəngəzur, AZAL, Mehdiyev... - Putin Əliyevə niyə indi zəng etdi?

Rusiya prezidenti Vladimir Putinin Prezident İlham Əliyevə zəngində “niyə indi sualı” xüsusilə diqqət çəkir. Rusiya tərəfinin Düşənbə görüşündən sonra yüksək səviyyədə təmasları bərpa etmək niyyəti aydındır, lakin bu zəngin indi edilməsi Moskvanın məqsədinə dair müəyyən təxminlər yaradır.