İşdən qanunsuz çıxarılmış 71 nəfər geri qaytarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-noyabr ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 825 min manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Nazirlikdən Cia.az-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib. Bu vəsaitin 94%-i əməkhaqlarından, qalan hissəsi işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub.
Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 71 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.
Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.
Azərbaycanın məşhur Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova bir sıra vətəndaşlardan külli miqdarda pul və qızıl zinət əşyalarını mənimsəyərək dələduzluq edib.
Milli Hidrometeorologiya Xidmətinin dekabrın 25-i saat 10:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi şərq rayonlarında arabir yağıntılı olub.
Hazırda sahibkarlar kommersiya məqsədilə biznes krediti götürdükdə sığortalanır və banklar müvafiq sığorta xidmətlərini təklif edirlər. Lakin istehlak kreditləri üzrə hazırda sığorta tətbiq edilmir.
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam bir daha təsdiq edir ki, dövlətin sosial siyasətində əsas prioritet vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin daha da gücləndirilməsidir.
Sosial şəbəkələrdə və bəzi saytlarda Yeni il münasibəti ilə 1 həftə istirahət verilməsi ilə bağlı məlumatlar yayılır. Cia.Az xəbər verir ki, məlumatlarda qeyd olunur ki, guya 27, 28 dekabr istirahət günləri ilə, 3,4 yanvarın yeri dəyişdirilir.