banner
banner

Sİyasət

Prezident Küveyt Əmirini təbrik etdi

Prezident Küveyt Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb.

Cia.az-in məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır.

Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək və daha da dərinləşəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı mübarək Ramazan ayının başlaması münasibətilə də ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Küveyt Dövlətinə daim əmin-amanlıq və rifah diləyirəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.