Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı və Gəncə şəhərləri, Zaqatala, Qax və Qəbələ rayonlarında yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Cia.az xəbər verir ki, araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 22 ünvanında, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 1176-cı məhəllədə, Yasamal rayonu Həsən Bəy Zərdabi küçəsi 3166-cı məhəllədə, Nəsimi rayonu Səməd Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində, Xəzər rayonu Şağan qəsəbəsində, Gəncə şəhəri Mübariz İbrahimov küçəsində, Zaqatala rayonu Əliabad qəsəbəsində, Qax rayonu Əlibəyli kəndində, Qəbələ rayonu Tüntül kəndi və Nic qəsəbəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 149 520 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.
Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.