Qalmaqallı “İstanbul” Klinikasının sahibi Əziz Quliyev “Toplum TV”ni də MALİYYƏLƏŞDİRİR? – Şok məlumatlar
Mediada adı dəfələrlə qalmaqallarda hallandırılan “İstanbul” Klinikasının Sahibi Əziz Quliyev barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.
Yayılan xəbərlərə görə Əziz Quliyev gizli şəkildə “Toplum TV”ni maliyyələşdirir. Məlumata görə klinikada həkim işləyən Aydın Əliyev “Toplum TV”nin təsisçisi Ələsgər Məmmədlinin qaynıdır. Əziz Quliyevin də məhz Aydın Əliyev vasitəsilə gizli şəkildə “Toplum TV”yə mütəmadi olaraq maliyyə dəstəyi verdiyi bildirilir. Qeyd edək ki, mediada Əziz Quliyevin adı AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevlə birgə hallanır. Quliyevin özünə “ağsaqqal” bildiyi Mehdiyevin yaxın adamı “Bəy Mamed”lə şərik olduğu, habelə Ramiz Mehdiyevin himayədarlığı ilə İmişli rayonundakı heyvan bazarını ələ keçirdiyi qeyd edilir. \Yenilik.az
“Vesta Construction” MTK-nın təsisçisi Ceyhun Musazadə oğlu Quliyevin həbs olunması ilə bağlı yayılan məlumatlar uzun illərdir yığılıb qalan narazılıqların kulminasiya nöqtəsinə çevrilib. Musavat.com-a verilən məlumata görə, şirkət rəhbəri eyni mənzilin bir neçə nəfərə satılması kimi ağır qanun pozuntularına yol verib.
Aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binası naməlum şəxs və ya şəxslər tərəfindən müdaxiləyə məruz qalıb. Həmin şəxslər binanın fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazıblar.
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar sonradan bir sıra problemlərlə qarşılaşırlar. Ya evin altından kanalizasiya kollektoru keçir, ya mənzilin daxilində problemlər yaranır, ya da ki, keyfiyyətsiz materiallar zamanla qopub tökülür. Hətta 1 mənzilin 3-4 nəfərə satıldığı hallar da yaşanır.
Xəbər verdiyimiz kimi, Bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Anar Pirməmmədovla sevgi münasibəti yaşadığını, sonradan onun evli və iki uşaqlı olduğunu öyrəndiyini açıqlayıb.
Quba rayonunun keçmiş icra başçısı Rauf Həbibovla bağlı bir qrup usta və fəhlə redaksiyamıza müraciət edib. Şikayətçilər bildirirlər ki, keçmiş icra başçısı Mərdəkan qəsəbəsində həyat yoldaşı üçün 2023-cü ildə inşa etdirdiyi lüks saunaya görə onların haqqı olan 53 min manatı ödəməkdən boyun qaçırıb.
Abşeron rayonunun müxtəlif ünvanlarında qeyri-qanuni və qanunvericiliyin tələblərini kobud şəkildə pozmaqla həyata keçirilən tikinti işlərinin qarşısı alınıb.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, paytaxtda yol-nəqliyyat şəbəkəsinin yenilənməsi məqsədilə ümumilikdə 24 yol infrastrukturu layihəsinin icrası nəzərdə tutulub.
Dünyada dövlət vəsaitlərinin xərclənməsi üzərində ali maliyyə nəzarətini həyata keçirən qurumlar məmur aparatının ən çox çəkindiyi subyektlər olur: büdcədən alınan hər qəpiyə görə həmin quruma izahat vermək ehtimalı böyükdür. Çünki belə qurumlar vətəndaşların, biznesin ödədiyi vergilərdən formalaşan dövlət büdcəsi vəsaitlərinin mənimsənilməsinin qarşısını alan əsas orqanlardan biri olur, vaxtaşırı büdcədən çox pul alan təşkilatları yoxlayır, layihələri araşdırır. Və belə qurumlara adətən böyük səlahiyyətlər verilir ki, heç kimdən qorxmadan büdcə vəsaitlərinin oğurlanmasının qarşısını alsınlar.