banner
banner

Sağlamlıq

Gecələr yuxunuz ərşə çəkilib?

Gecələr yuxunuz ərşə çəkilib?

Müasir dövrdə bir çox insan gecə rahat yata bilməməkdən, tez-tez oyanmaqdan və ya səhər yorğun qalxmaqdan şikayətlənir.

Cia.az Axşam.az-a istinadla xəbər verir ki, ara-sıra baş verən yuxusuzluq normal sayılsa da, bu hal davamlı hal alırsa, diqqət yetirilməlidir.

Bəzi hallarda insanlar telefonla çox oynayır, sosial şəbəkədəki paylaşımlar vaxtında yatmağa mane olur. 

Mütəxəssislərə görə, yuxu pozğunluğunun bir çox səbəbi ola bilər:

Stress və narahatlıq – Gündəlik gərginlik, iş və şəxsi problemlər beyinin gecə də aktiv qalmasına səbəb olur.

Telefon və ekran istifadəsi – Yatmazdan əvvəl telefon, planşet və televizor istifadəsi melatonin hormonunun ifrazını azaldır.

Kofein və enerji içkiləri – Günün ikinci yarısında qəbul edilən kofein yuxuya getməyi çətinləşdirir.

Qeyri-sağlam yuxu rejimi – Hər gün fərqli saatlarda yatmaq bioloji saatı poza bilər.

Bəzi xəstəliklər – Depressiya, qalxanabənzər vəz problemləri, xroniki ağrılar və hormonal dəyişikliklər yuxusuzluğa səbəb ola bilər.

Uzunmüddətli yuxu problemi:

diqqət və yaddaşı zəiflədir,

immuniteti aşağı salır,

ürək-damar xəstəlikləri riskini artırır,

çəki artımına səbəb ola bilər,

psixoloji vəziyyəti mənfi təsir altına salır.

Mütəxəssislər məsləhət görür ki, rahat yatmaq üçün bunları edin:

Hər gün eyni saatda yatıb oyanın

Yatmazdan 1 saat əvvəl ekranlardan uzaq durun

Axşam ağır yemək və kofeindən çəkinin

Yataq otağını sərin və qaranlıq saxlayın

Gün ərzində fiziki aktiv olun

Əgər yuxusuzluq bir neçə həftədən çox davam edirsə, mütləq həkimə müraciət etmək tövsiyə olunur.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Göy soğanın bilmədiyiniz faydaları

Yaşıl soğan (göy soğan) həm qida, həm də sağlamlıq baxımından olduqca faydalı tərəvəzlərdən biridir. Hər mövsüm tapa biləcəyiniz bu tərəvəzi qida rasiyonunuza mütləq əlavə etməlisiniz.

Yeməyin yanında çay içənlərə pis xəbər

Mədə yanması və qıcqırma çox vaxt qidaların tərkibindən deyil, onların qəbulu zamanı yol verilən vərdişlərdən qaynaqlanır. Qastroenteroloq Aleksandra Metelina bildirib ki, ən geniş yayılmış yanlışlıqlardan biri yemək yeyərkən eyni zamanda çay içməkdir. Həkimin sözlərinə görə, qidanı fasilə vermədən maye ilə qəbul etmək mədəyə artıq havanın daxil olmasına şərait yaradır. Bu isə sonradan gəyirmə, yanğı və narahatlıq hissi ilə nəticələnir. Eyni hal yeməyi çox sürətlə yeyən insanlarda da müşahidə olunur. Sürətli qidalanma zamanı udulan hava həzm prosesini çətinləşdirir və sanki keyfiyyətsiz qida yeyilmiş təəssüratı yaradır.

Hər gün yaz göyərtisi yeyin

Yaz fəslində təbiətin oyanması ilə birlikdə müxtəlif təzə göyərtilər də süfrəmizə daxil olur. Bu göyərtilər yalnız dad baxımından deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır.

Mədə yanması və qastriti olanlar hansı çayı içsin?

Mədə yanması və Qastrit zamanı əsas problem mədə selikli qişasının həssaslaşması və turşuluğun artmasıdır. Bu vəziyyətdə düzgün seçilmiş bitki çayları həm iltihabı azalda, həm də yanma hissini yüngülləşdirə bilər. Lakin hər çay faydalı deyil — bəziləri əksinə, vəziyyəti ağırlaşdıra bilər.