banner
banner

Sosİal

Əbdürrəhman Vəzirov vəfat edib

Azərbaycan SSR Kommunist Partiyasının birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib. Cia.az-ın xəbərinə görə, Ə. Vəzirov bu gün səhər saatlarında 91 yaşında Moskvada dünyasını dəyişib.

Gəncədə itkin düşən yeniyetmə qonşuda tapıldı

Gəncədə yanvarın 8-də itkin düşmüş 14 yaşlı oğlan tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Cia.az-ın sorğusuna cavab olaraq bildirib ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə tapılaraq ailəsinə təhvil verilib:

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında yanvarın 11-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın məşhur boks mütəxəssisi vəfat etdi - FOTO

Azərbaycan idman ictimaiyyətinə ağır itki üz verib. Cia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Babanlı bu gün ömrünün 85-ci ilində vəfat edib.

Bakıda 16, Gəncədə 14 yaşlı oğlan itkin düşüb

Bakı və Gəncədə yeniyetmələr itkin düşüb. APA-nın məlumatına görə, yanvarın 7-də paytaxtın Binəqədi rayon ərazisində 2006-cı il təvəllüdlü Məbud Hüseynov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Bununla bağlı Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsində araşdırma başlanılıb.

Amnistiyaya düşən şəxslərin sayı AÇIQLANDI

Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü münasibətilə Milli Məclis tərəfindən qəbul edilmiş “8 noyabr - Zəfər günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Qərarın prokurorluq orqanları tərəfindən təxirəsalınmadan və düzgün icrası təmin edilməklə hazırkı dövrədək ümumilikdə 10943 nəfər barəsində amnistiya tətbiq edilib.