Sosİal
Sabahın havası açıqlandı
Azərbaycanda yanvarın 6-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Tbilisidə iki körpə koronavirusdan ölüb
Ötən gün Tbilisidə Tsitsişvili adına Uşaq Xəstəxanasında koronavirusa yoluxan 4 aylıq körpə vəfat edib.
Bayram günlərində 142 nəfər zəhərlənib - ÖLƏN VAR
Bayram günlərində, 31 dekabrdan 5 yanvaradək Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə şübhəsi ilə bağlı 142 müraciət daxil olub. Mərkəzin Mətbuat xidmətindən Cia.az-ın sorğusuna cavab olaraq verilən məlumata görə, müraciət edənlərdən 13 nəfərin vəziyyəti ağır olduğu üçün Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib, 129 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Dövlət Xidməti un və çörək istehsalçılarına xəbərdarlıq etdi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib.
Azərbaycanda 5 günlük bayram tətili başa çatıb
Bu gün Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar olaraq 5 günlük tətil başa çatıb.
Türkiyədə 5,3 bal gücündə zəlzələ oldu
Cia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb. Yeraltı təkanlar Bakı vaxtı ilə 07:21-də qeydə alınıb.
Qazilər üçün 100 ədəd əlil arabaları ölkəmizə gətirilib
Sağlamlıq imkanları məhdud olan qazi və şəhid ailələrinə arabaların paylanması ilə əlaqədar tədbir keçirilib. Oxu.Az xəbər verir ki, tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov qazilərimizə göstərdiyi dəstəyə görə Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkına təşəkkürünü bildirib.
Yanvarın 6-7-də Bakı və Abşeronda gözlənilən hava şəraiti açıqlanıb
Yanvarın 6-7-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
“Azəriqaz”dan limitlərin sıfırlanması ilə bağlı AÇIQLAMA
“Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65 faiz icra olunub”. Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” hesabında yazıb.
Qaz istehlakına görə tarif limitlərinin 65 faizi sıfırlanıb
Bu ilin yanvar ayının 1-dən bu günədək qaz istehlakına görə tarif limitlərinin sıfırlanması prosesi 65% icra olunub.
Əlilliyi olan uşaqlar Heydər Əliyev Fondunun dəstəyi ilə “Dubay Ekspo”da çıxış etdi - Fotolar
“Dubay Ekspo 2020” ümumdünya sərgisindəki Azərbaycan pavilyonunda “DanceAbility Azerbaijan” İnklüziv Performans Şirkətinin “Bədənimin danışacaq hekayəsi var” rəqs tamaşası nümayiş etdirilib. Cia.az xəbər verir ki, tamaşa Heydər Əliyev Fondu və UNICEF-in dəstəyi ilə baş tutub.
Azərbaycanda da çörək və un bahalaşdı
Azərbaycanda çörək və un məmulatları istehsalçıları öz məhsullarının qiymətini qaldırıblar. Virtualaz.org- ın məlumatına görə, supermarket və mağazalarda zavodlarda istehsal olunan çörək 20 qəpik bahalaşıb.
Xəzərdə dalğanın hündürlüyü 3 metrə çatıb
Azərbaycanda müşahidə olunan faktiki havaya əsasən, Neft Daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb.
Ölkədə meyvə-tərəvəzin qiyməti nə qədər artıb? -FOTO
Noyabr ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının topdansatış qiymətləri açıqlanıb. Cia.az Aqrar Tədqiqatlar Mərkəzindən əldə etdiyi rəqəmlərə əsasən, əvvəlki aya (oktyabr) və 2020-ci ilin müvafiq dövrünə (noyabr ayına) nəzərən qiymətlərin dəyişməsini təqdim edir.
Sabahın hava proqnozu AÇIQLANDI: Yağış yağacaq
Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.


