banner
banner

Sosİal

İşçilərin real maaşını gizlədən sahibkarlara XƏBƏRDARLIQ

Azərbaycanda minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti iş yerlərində minimum əməkhaqqının həmin məbləğdən az olmaması üçün ciddi nəzarət tədbirləri görür.

Şənbə gününün hava proqnozu

Yanvarın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin Cia.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Unun qiymətini qaldıran şirkətlərin - Siyahısı

Məlumdur ki, artıq ölkədə ərzaqlıq buğdanın, unun və çörəyin qiyməti qalxıb. Cia.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumatında qeyd edilib ki, topdansatış məntəqələrində hazırda unun 50 kq-lıq kisələrdə topdansatış qiyməti 35,2-35,9 manat təşkil edir.

SOCAR-da yüksək vəzifəyə təyinat olub FOTO

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan “SOCAR Türkiyə”də yüksək vəzifəyə təyinat olub. Cia.az Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2022-ci il 1 yanvar tarixindən etibarən Fuad İbrahimov “SOCAR Türkiyə”nin nəzdində təbii qazın paylanması, təbii qaz və elektrik enerjisi təchizatı, ticarət və topdansatış sahələrində fəaliyyət göstərən Təbii Qaz Biznes Bölməsinə rəhbər təyin edilib. 2003-cü ildə Türkiyədə əmək fəaliyyətinə başlayan F.İbrahimov Türkiyə, Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərində ticarət, strategiya, biznesin inkişafı və investisiya sahələrində çalışıb. 2017-ci ildə “SOCAR Türkiyə”də Neft-Kimya Biznes Qrupunun direktoru kimi fəaliyyətə başladıqdan sonra Neft Emalı və Neft-Kimya Biznes Bölməsində, həmçinin Korporativ Mərkəzdə müxtəlif rəhbər vəzifələrdə çalışıb.

"Qazprom" və "Botaş" yeni müqavilə imzalayıb

Rusiyanın "Qazprom" və Türkiyənin "Botaş" şirkətləri arasında 5,75 mlrd. kubmetr həcmində qazın tədarükü üzrə 4 il müddətini əhatə edən yeni müqavilə imzalayıblar. Cia.az xəbər verir ki, bu barədə TASS "Qazprom Export" şirkətinə istinadən yazır.

Üç tondan çox dondurma məhv edildi

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, 3442.50 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib. Bu barədə Cia.az-a Agentlikdən məlumat verilib.

Çörəyin qiyməti belə oldu - Rəsmi açıqlama

İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. Cia.az xəbər verir ki, bu barədə qurum açıqlama yayıb.

Sabahın havası açıqlandı

Azərbaycanda yanvarın 7-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Mülayim cənub-qərb küləyi əsəcək.