banner
banner

Sosİal

Füzulidə toy mərasimləri də sadələşdiriləcək

Füzuli rayonu ərazisində ictimai müzakirələrin nəticəsi olaraq 2014-cü ildən etibarən bütün yaşayış məntəqələrində yas mərasimləri, ehsan süfrələri təmtəraqdan uzaq, sadə və israfsız, islami qaydalara uyğun keçirilir. Bu barədə Füzuli Rayon İcra Hakimiyyətindən Cia.az-a bildirilib.

Bayram günlərində baş verən yol qəzalarının SAYI

Bayram günlərində respublika ərazisində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Cia.az-a bildirilib ki, qeyri-iş günlərində - 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 5-dək avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.

Yüksək vəzifəli şəxs işdən çıxarıldı - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov vəzifəsindən azad edilib. Cia.az xəbər verir ki, bununla bağlı nazir Muxtar Babayev əmr imzalayıb.

İlin əvvəlində investisiyalar üçün ən yaxşı valyutaların adları açıqlanıb

Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Maliyyə və qiymətlər kafedrasının dosenti Yelena Voronkova ilin əvvəlində investisiya üçün ən yaxşı valyutaların adını açıqlayıb. Onun sözlərinə görə, qlobal miqyasda məzənnələrin dəyişkənliyini nəzərə alaraq, dollar, avro və İsveçrə frankı valyuta səbətinə daxil edilə bilər.

Bakıda yaşayış binası yanır

Bakıda çoxmərtəbəli yaşayış binası yanır. Cia.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Bayramda təcili yardıma çağırışlar ARTIB

“Bayram və qeyri-iş günlərindəTəcili Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində çalışıb. 139 briqada əhaliyə xidmət göstərib. Bayram günlərində çağırışların sayında artım müşahidə edilib”. Cia.az xəbər verir ki, bunu BŞT və TTYS-nin əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva açıqlayıb.

Bakıda vəzifəli şəxsdən sevdiyi qadına qarşı ŞOK ƏMƏLLƏR - Küçənin ortasında döydü

Bakıda qadını küçədə döyən, üzərindən soyuq silah tapılan 1993-cü il təvəllüdlü Əli Muradov (şərti soyadlı) barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq-silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə), və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə cinayət işi açılıb.

Azərbaycanda 10-cu sinifdə oxuyan qız QAÇIRILDI

Samux rayonunda 15 yaşlı qız qaçırılıb. Cia.az xəbər verir ki, bu barədə məlumatı Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Gülnarə Əmiraslanova sosial şəbəkədə ictimailəşdirib.