banner
banner

Sosİal

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında sabah havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Vəfat edən hərbçilərin ailə üzvlərinin pensiyası yenidən hesablanıb

“1 iyun 2017-ci ilə qədər hərbi qulluqçu vəfat etdikdə onların ailə üzvlərinə müvafiq təminat xərcinin 35 və ya 50 faiz miqdarında pensiya təminatı nəzərdə tutulub. 1 iyun 2017-ci ildən sonra edilmiş dəyişikliyə uyğun olaraq qeyd olunan faiz dərəcələrinin 80 faizə çatdırılması müəyyənləşdirilib”.

Sabiq deputat vəfat etdi

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının və idarə heyətinin üzvü vəfat edib. Cia.az xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan Ənsərov dünyasını dəyişib.

Bakının bu ərazilərində su olmayacaq

Magistral su xətlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu gün Nəsimi və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Suraxanı rayonu Hövsan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Şuşada silah-sursat aşkar edildi

Şuşada silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Cia.az-a verilən məlumata görə, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin və Minatəmizləmə Agentliyinin təmsilçiləri ilə birgə bu günlərdə keçirdikləri tədbirlər zamanı Şuşa şəhəri ərazisindən 6 “Faqot”, 5 ”Muxa”, 1 pulemyot, 1 qumbaraatan, 8 qumbara, 110 müxtəlif növ mərmi, 3 avtomat sandığı, 2712 müxtəlif çaplı güllələr və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Xaçınçay su anbarı bərpa olunur

Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı bərpa olunur. Bu barədə Ağdam Mexaniki Suvarma İdarəsinin müdiri Hafiz Əzimzadə AzTV-yə açıqlamasında deyib.

Bakıda kafe yanıb

Bakıda kafedə yanğın olub. Cia.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunun Savalan yaşayış massivinda qeydə alınıb.

Azərbaycanda son sutkada 329 nəfər COVID-19-a yoluxub, 12 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 329 yeni yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat etdi.

Saxta "COVID pasportu" düzəldən vəzifəli şəxslərin cinayət işinin istintaqı yekunlaşıb

COVID-19 infeksiyasına qarşı peyvənd olunma prosesində qanunsuz hərəkətlərə yol vermiş vəzifəli şəxslərlə bağlı cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, bir qrup tibb işçisinin qanunsuz olaraq müxtəlif şəxslərin saxta peyvənd sertifikatı almalarını təmin etmələri ilə əlaqədar həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Müdafiə Nazirliyi açıqlama yaydı

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır. Cia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycanda “Omikron”a neçə nəfər yoluxub? - RƏSMİ

Azərbaycanda “Omikron”a yoluxanların sayı açıqlanıb. Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydıqları məlumatda aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülən nümunələrdən 12 nəfərdə SARS-CoV-2 21K “Omikron” variantının aşkarlandığı bildirilib.

Un və un məhsullarının qiymətləri necə tənzimlənməlidir?

Pərviz Heydərov yazır... lkədə un və un məhsullarının qiymətləri qiymətinin bahalaşma səbəbinə kifayət qədər başadüşülən şəkildə aydınlıq gətirilib. Belə ki, sözügedən məhsulları ən çox idxal etdiyimiz ölkə olan Rusiyadan orta aylıq ixrac qiymətinin 338 ABŞ dolları olduğu nəzərə alınaraq daxili bazarda 50 kiloqramlıq 1 kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qramlıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qramlıq ənənəvi çörəyinsə 65 qəpik təşkil etməyə başlayıb.