banner
banner

Sosİal

Bu il 50-dən çox e-xidmət istifadəyə veriləcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə nazirlik daha 50-dən çox e-xidməti istifadəyə verəcək. ƏƏSMN-dən Cia.az-a verilən məlumata görə, bu barədə nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin fəaliyyəti və gələcək hədəflərinə həsr olunmuş iclasda məlumat verilib.

Bu il 50-dən çox e-xidmət istifadəyə veriləcək

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə 173 xidmətdən 105-i e-platforma üzərindən, o cümlədən 44-ü proaktiv qaydada göstərilir. Bu il isə Nazirlik daha daha 50-dən çox e-xidməti istifadəyə verəcək.

Sabah bu ərazilərə qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Xırdalandakı bu görüntü ilə bağlı araşdırma aparılır -FOTO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında “Progress-2016” MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.

Vətən müharibəsi iştirakçısı dəm qazından boğuldu -FOTO

Azərbaycanda Vətən müharibəsi iştirakçısı dəm qazından boğularaq ölüb. Lent.az-ın əldə etdiyi xəbərə görə, Zaqatala rayonu, Əliabad qəsəbə sakini Məhərrəm Muxtarov Bakı şəhərində kirayədə qaldığı evdə dəm qazından zəhərlənərək vəfat edib. M.Muxtarov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, müharibədən qayıtdıqdan sonra Bakı şəhərində fəhləliklə məşğul olurdu.