71 yaşlı Arsen Venger bir oyunluq baş məşqçi vəzifəsini yerinə yetirəcək
İngiltərənin “Arsenal” klubunun sabiq baş məşqçisi Arsen Venger Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəsr” klublarının ən yaxşı futbolçularından ibarət heyətin baş məşqçisi olacaq.
Belə ki, 2021-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanının iki klubunun ən güclü futbolçularından ibarət heyətlə PSJ arasında yoldaşlıq görüşü olacaq.
71 yaşlı Arsen Venger bu qarşılaşmada bir oyunluq baş məşqçi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, A.Venger hazırda FIFA-da futbolun qlobal inkişafı şöbəsinə rəhbərlik edir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb