banner
banner

İdman

Məhkəmə Kərim Benzemaya bir il şərti həbs cəzası kəsib

Məhkəmə Kərim Benzemaya bir il şərti həbs cəzası kəsib

Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzemanın məhkəməsi başa çatıb.

Apasport.az saytının məlumatına görə, Versal məhkəməsi yığmadakı sabiq komanda yoldaşı Matye Valbuenanın şantaj edilməsi ilə bağlı işdə hücumçunu günahkar hesab edib.

Benzema şantaj cəhdinin iştirakçılarından biri sayılıb. Ona bir il şərti həbs cəzası və 75 min avro cərimə kəsilib. Bu, belə cinayət üçün maksimal cəzadır.

Qeyd edək ki, Benzema 2015-ci ildə Valbuenanı intim xarakterli videolarının yayılmaması üçün şantajçılara pul ödəməyə sövq edib. Bu hadisədən sonra hər iki oyunçu Fransa yığmasından kənarlaşdırılıb. Benzema yalnız 2021-ci ildə milliyə qayıdıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.